{category-title}
Gündəm / Olkə
29.05.2019, 11:00
Yasamalda çoxmərtəbəli binada yanğın baş verib
Yasamalda çoxmərtəbəli binada yanğın olub.
FHN-dən Trend-ə verilən məlumata görə, çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 210 m² olan 4 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.