{category-title}

Gündəm / Cəmiyyət
20.01.2019, 12:38
Bakıda binada yanğın olub — Sakinlər təxliyyə edilib
Paytaxtın Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
“Ölkə.Az” FHN-ə istinadən xəbər verir ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəx və hamam otağı yanıb.
Yanğın zamanı 8 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.