{category-title}

“Amnesty International” və avrodeputatların separatçı sevgisi - ŞƏRH

 
Qərb ölkələri uzun illər ölkələrin daxili işlərinə müdaxilə, öz maraqlarını təmin etmək üçün fərqli adlar altında çoxsaylı təşkilatlar yaradaraq dövriyyəyə buraxıblar. Bu bədnam siyahıya USAID, NED, Soros Fondu ilə yanaşı, “Amnesty International”, “Human Rights Watch”, “Freedom House”, “Transparency International” və s. daxildir. Qərb bu təşkilatlar vasitəsilə müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda vətəndaş cəmiyyəti qurumlarını, medianı humanitar, sosial, ekoloji, demokratik inkişaf proqramları adı altında maliyyələşdirərək, əslində, öz maraqlarına xidmət edən casus şəbəkələrinə çevirib.

Adları yuxarıda qeyd olunan təşkilatlar sırasında “Amnesty International” Azərbaycanla bağlı xüsusi qərəzi və ikili yanaşması ilə seçilib. Erməni lobbisinin təsiri altında olan təşkilat işğal dövründə hüquqları pozulan Azərbaycan vətəndaşları ilə bağlı heç bir hesabatla çıxış etməyib. Azərbaycan işğala son qoyduqdan sonra isə Qarabağdan könüllü çıxan erməniəsilli insanların müdafiəçisi qismində çıxış etməyə başlayıb.

Erməni mediasında yer alan xəbərlərə görə, təşkilat Azərbaycanı Qarabağ ermənilərinin hüquqlarının pozmaqda ittiham edib. Yenə də hər hansı bir fakt və hesabat təqdim edilməyib. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına hazırlıq getdiyi bir vaxtda Qarabağı yenidən “mübahisəli” bölgə adlandırmaqdan çəkinməyib. İddia edilib ki, keçmiş Laçın yolu vasitəsilə Ermənistandan Qarabağa giriş məhdudlaşdırılıb ki, bu da ciddi humanitar böhran yaradıb.

“Amnesty International” və avrodeputatların separatçı sevgisi - ŞƏRH

“Amnesty International” 2023-cü ilin sentyabrında Qarabağda silahlı separatçılara qarşı həyata keçirilən hərbi əməliyyata qarşı da çıxıb. “Onların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüququ nəzərə alınmadı", - “hüquq müdafiə təşkilatı”nın hesabatında deyilib.

Göründüyü kimi, “Amnesty International” üzdəniraq “hesabatı”nda bir fakt belə səsləndirə bilməyib. Hətta Ermənistan özü belə Qarabağı könüllü tərk edən insanlara qarşı hər hansı bir tənqid və ciddi ittihamlar ortaya qoymayıb. Ortada isə BMT-nin 2023-cü ilin sentyabr hadisələrindən sonra faktaraşdırıcı missiyasının hesabatı var. Həmin hesabatda bölgəni könüllü tərk edən insanlarla bağlı hər hansı bir ittiham əks olunmayıb.

Maraqlı olan həm də digər məsələdir. Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar aparılır. Hətta İrəvan rəsmiləri sülh sazişinin imzalanacağı yer və vaxt barədə danışıblar. Belə olan halda “Amnesty International”ın bədnam bir hesabat yayması heç bir əndazəyə sığımır. Bu, bir daha onların vahid mərkəzdən idarə olunduqlarına işarədir. Erməni lobbisinin maliyyəsi ilə hərəkət edən bu və digər təşkilatlar hər vəchlə bölgədə sülh və əmin-amanlığın yaranmasına qarşıdırlar.

“Amnesty International” və avrodeputatların separatçı sevgisi - ŞƏRH

Rəsmi Bakı da dəfələrlə adlarıçəkilən təşkilatların anti-Azərbaycan fəaliyyətinə qarşı çıxıb. Prezident İlham Əliyev ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda “Amnesty International” və digər təşkilatların fəaliyyətini sərt tənqid etmişdi:

“Xoş xəbərdir ki, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” artıq fəaliyyətini dayandırıb. Amma bu, kifayət deyil, daha dərinə getmək lazımdır. “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” - onun siyasi düşmənlərinin bütün bu infrastrukturu tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir. Biz bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik. Biz o insanları tanıyırıq, səfirliklərdə qeyri-qanuni fəaliyyətlə məşğul olan insanları tanıyırıq və biz ABŞ Prokurorluğuna, hüquq-mühafizə orqanlarına cənab Trampın sələflərinin qeyri-qanuni dağıdıcı fəaliyyəti haqqında bütün məlumatları təqdim etməyə hazırıq”.

Digər bir məsələ 2023-cü il sentyabr hadisələrindən, ermənilərin bölgəni könüllü tərk edərkən zor tətbiq edildiyini iddia edən “Amnesty İnternational” bir dəfə də olsun Ermənistanın Azərbaycana kasetli bombalar atmasına diqqət ayırmayıb. Qeyd edək ki, kasetli bombalar qadağan olunmuş bombalar sinfinə daxildir. 1949-cu il tarixli Cenevrə Konvensiyasına uyğun olaraq onun yaşayış ərazisinə, dinc əhaliyə atılması qadağandır. Həmişə ölkəmizə qarşı qərəzli bəyanatlar verən bu təşkilat nədənsə dinc əhalimizin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını da “görmür”. Halbuki, “Amnesty İnternational” təşkilatının bəyanatlarının birtərəfli, qərəzli olması barədə rəsmi Bakı dəfələrlə təşkilata müraciət göndərib, foto-video sübutları təqdim edib. Lakin hamısı da cavabsız qalıb.

“Amnesty International” və avrodeputatların separatçı sevgisi - ŞƏRH

Bu bədnam təşkilatın anti-Azərbaycan fəaliyyəti ölkəmizin ev sahibliyi etdiyi COP29-da özünü büruzə verib. Belə ki, həm COP29 ərəfəsində, həm də iclas günlərində "Human Rights Watch" təşkilatı ilə yanaşı ölkəmizə qarşı böhtanlar və əsassız tələblər irəli sürməklə yadda qaldılar. Hər vəchlə COP29-u gözdən salmağa cəhdlər etdilər. Digər bir məsələ, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının qorunması ilə dəfələrlə "Amnesty International", eləcə də, "Human Rights Watch"a göndərilən müraciətlər cavabsız qalıb. Bu da bu təşkilatların insan hüquqları prinsiplərindən nə qədər uzaq olduğunu göstərir.

Bütün bunlar onların məlum dairələrin əlində bir siyasi vasitə kimi çıxış etdiyini və Azərbaycana qarşı etnik və dini əsasda ayrı-seçkilik siyasəti apardığını sübut edir.

Yeri gəlmişkən, anti-Azərbaycan qüvvələrin sırasında Avropa Parlamentinin fəaliyyətini də xüsusi qeyd etmək olar. Anti-Azərbaycan qüvvələrin önündə gedən qurum və onun deputatları dəfələrlə ölkəmizə qarşı qərəzli mövqe ortaya qoyublar. “Amnesty International”la eyni mövqedən çıxış edir. Separatçılara dəstək nümayiş etdirməkdə davam edirlər. İrəvana gələn avrodeputatlar Nikol Bey və Nikol Metçdorf anti-Azərbaycan fəaliyyətlə yadda qalıblar. Onlar “Artsaxın səsini Avropa platformalarına çatdıracağıq”, - deyə iddia ediblər.

Göründüyü kimi, anti-Azərbaycan qüvvələr hər vəchlə bölgədə sülh və əmin-amanlığın qurulmasına əngəl olmağa çalışır, bir növ “ermənidən artıq erməni olmaq”da davam edirlər. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik”.

Beləliklə, əminliklə deyə bilərik ki, indiki canfəşanlıq da əvvəlkilər kimi məhvə və iflasa məhkum olacaq.(Report)

Son xəbərlər

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

Bütün xəbərlər