{category-title}

Azərbaycan İslam coğrafiyasında yüksək nüfuza malikdir

Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri.

Azərbaycan müsəlman aləminin bir parçası kimi müsəlman ölkələri arasında əlaqələrin inkişafına böyük töhfələr verməkdədir. Həyata keçirilən düşünülmüş xarici siyasət kursu Azərbaycanın müsəlman ölkələri arasında - İslam aləmində nüfuzlu, mötəbər dövlət kimi tanınmasının əsas şərtidir. Azərbaycan müsəlman ölkələri ilə ikitərəfli və beynəlxalq səviyyəli təşkilatlar çərçivəsində hərtərəfli əlaqələrə malikdir və münasibətlərin inkişafı, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir.

Azərbaycanla müsəlman ölkələri arasındakı əlaqələr daha da inkişaf etməkdədir. Məlum olduğu kimi, Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur və ikitərəfli, eləcə də çoxtərəfli formatda mövcud olan qarşılıqlı faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birlərinin mənafe və mövqelərini müdafiə edirlər. Azərbaycan-Ermənistan münaqişəsinə münasibətdə də bu ölkələrin hər biri respublikamızın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini müdafiə etmişdir. Bu, zaman-zaman İƏT çərçivəsində qəbul edilən qərar və qətnamələrdə də birmənalı şəkildə öz əksini tapmışdır. Qəbul edilən yekun qətnamələrdə münaqişəsi ilə bağlı vəziyyət düzgün qiymətləndirilmiş və Azərbaycanın ərazi bütövlüyü dəstəklənmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 1 noyabr tarixində Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilmiş Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına dəvət alması da Azərbaycanın bu istiqamətdə fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir.

Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında çıxış edən dövlətimizin başçısı mötəbər Sammitin yüksək tribunasından bütün bütün ölkələri əhatə edən qlobal məsələlərə obyektiv münasibət bildirdi. Prezident İlham Əliyev çıxışında müsəlman dövlətləri arasında əlaqənin qənaətbəxş səviyyədə olmaması, qərb ölkələrinin və beynəlxalq təşkilatların münaqişələrə ikili standartlardan yanaşması və resursları zəif olan ölkələrin çətinliklərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bununla yanaşı Azərbaycanın həm təkbaşına dövlət səviyyəsində, həm də daxil olduğu beynəlxalq təşkilatlar səviyyəsində mövcud problemlərin həlli istiqamətindəki fəaliyyəti barədə ətraflı məlumat verdi.
Bu gün Azərbaycanla müsəlman ölkələri arasındakı münasibətlər bütün sahələrdə dinamik inkişaf tendensiyasına malikdir. Qarşılıqlı əlaqə və təmasların sıxlaşdığı bir dövrdə Azərbaycanla digər müsəlman ölkələri arasındakı münasibətlər, qarşılıqlı dəstək və işbirliyi meylləri daim inkişaf etdirilməkdədir. Ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda mövcud olan yüksək səviyyəli təmasların fonunda, eyni zamanda, siyasi, iqtisadi, mədəni, elmi, dini, humanitar və digər sahələrdə möhkəm həmrəyliyin formalaşdırılması yönündə mühüm addımlar atılmaqdadır.
 

Son xəbərlər

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Bütün xəbərlər