{category-title}

BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr

1 iyul 1751-ci ildə dünyanın ilk ensiklopediyasının ilk cildi nəşr edilib.

“İncəsənət və sənətkarlığın ensiklopediyası və ya elmin izahlı lüğəti” adlanan nəşrin ideyası hələ 1747-ci ildə fransız yazıçısı və dramaturqu Deni Didro tərəfindən irəli sürülüb. Didro bu layihənin həyata keçməsinə 25 il vaxt sərf edib. Nəşr 35 cilddən ibarət olub.

Bəs, iyulun 1-də dünyada daha hansı hadisələr baş verib?

1. 1962-ci il 1 iyulda Afrikanın cənubundakı Ruanda və Burundi xalqları öz müstəqiliklərini elan ediblər Əhalisi oxşar etnik tərkibə malik olan bu ölkələr müstəqillik qazandıqdan sonra da uzun müddət silahlı qarşıdurma şəraitində yaşayıblar. Ruanda qırğını 20-ci əsrdə bəşəriyyətin üzləşdiyi ən faciəvi soyqırımlardan biridir.

2. 1982-ci ilin 1 iyulunda 4 erməni terrorçusu Türkiyənin Hollandiyadakı baş konsulu Kəmaləddin Dəmirələ qarşı sui-qəsd törətdilər. Terror aktına görə məsuliyyəti özünü “Ermənistanın qırmızı ordusu” adlandıran qruplaşma üzərinə götürdü.

3. 1955-ci ildə Sovet hökumətinin başçılığı ilə NATO-ya qarşı qurulmuş Varşava Paktına Berlin divarının yıxılması və SSRİ-nin dağılması ilə 1991-ci ilin 1 iyul tarixində rəsmən son qoyuldu. Həmin gün Çexoslavakiyanın paytaxtı Praqada “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında Varşava müqaviləsi”nin dayandırılması ilə bağlı protokol imzalandı. Bununla da Avropada sosializm sisteminin dayağı aradan qaldırıldı.

4. 1 iyul 1966-cı ildə Kanadanın Toronto şəhərindən ilk rəngli televiziya yayımına başlanılıb.

5. 1979-cu ilin bu günündə “Sony” şirkəti ilk portativ audio cihaz olan “Walkman” pleyerini satışa çıxarıb. Yeni cihaz “Sony” şirkətinin yaradıcısı Akio Moritanın dünya səyahətləri zamanı opera musiqisinə qulaq asa bilməsi üçün yaponiyalı mühəndis Nobutoşi Kihara tərəfindən hazırlanıb.

6. 156 il İngiltərənin hakimiyyəti altında olan və 235 adadan ibarət Honq Konq yarımadası 1997-ci il iyulun 1-də Çin hökumətinə təhvil verilib.

7. 1 iyul 1996-cı ildə Azərbaycanla İrlandiya arasında diplomatik əlaqələr qurulub.

8. 1998-ci ilin bu günündə Azərbaycan və Tunis arasında diplomatik əlaqələr qurulub.

1 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Alman filosofu, riyaziyyatçı və fizik Vilhelm Leybnits 1646-cı ilin bu günü anadan olub.

2. Romantizm cərəyanının tanınmış nümayəndəsi, məşhur fransız yazıçısı, əsl adı Amandina Lüsil Avrora Düpen olan Jorj Sand 1804-cü il iyulun 1-də dünyaya gəlib. (1804-1876)

3. Tanınmış Azərbaycan yazıçısı, ictimai və hərbi xadimi İsmayıl bəy Qutqaşınlı 1806-cı il 1 iyulda anadan olub. 30 ildən artıq Rusiya ordusunda xidmət edən İ.Qutqaşınlı general-mayor rütbəsinədək yüksəlib. Qasım bəy Zakir, Mirzə Fətəli Axundov kimi Azərbaycan ədibləri ilə yaxın yaradıcılıq əlaqələri saxlayan İsmayıl bəy Qutqaşınlıya 1835-ci ildə Varşavada fransız dilində nəşr etdirdiyi “Rəşid bəy və Səadət xanım” hekayəsi böyük şöhrət qazandırıb.

4. Azərbaycanın tanınmış hərbi xadimi, İkinci Dünya Müharibəsi illərində tank briqadasında döyüşmüş general Nüsrət Bağırov 1920-ci ilin bu günü dünyaya gəlib. Göstərdiyi igidlik və qəhrəmanlığa görə 17 orden və medallarla təltif edilib. Müharibədən sonra Azərbaycan Daxili İşlər Nazirliyində çalışıb (1920-1996).

5. "Doklar üzərində" və "Ata" filmləriylə dünya şöhrəti qazanmış aktyor Marlon Brando 2004-cü ilin bu günü 80 yaşında həyata gözlərini yumub. (1924-2004)

6. 1 iyul 1961-ci ildə İngiltərə kral ailəsinin ən tanınmış üzvü hesab edilən Uels şahzadəsi Diana Spenser Norfolk qraflığında məşhur zadəgan ailəsində anadan olub. Onun Böyük Britaniya krallığının vəliəhdi şahzadə Çarlzla evliliyindən Uilyam və Harri adlı övladları dünyaya gəlib. Ledi Di mərhəməti və xeyriyyə aksiyalarında fəal iştirakı ilə tanınırdı. Şahzadə Diana 1997-ci il avqustun 31-də Parisdə Pont de l’Alma tunelində baş vermiş yol qəzasında faciəli şəkildə həlak olub.

7. Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov 1 iyul 1994-cü ildə şəhidlik zirvəsinə yüksəlib.(Bizim.Media)

Son xəbərlər

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb

Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub

Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Bütün xəbərlər