{category-title}

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilib, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilib.

Bu barədə "Report"un yerli bürosuna muxtar respublikanın “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən məlumat verilib.

Qeyd olunub ki, Şərur rayonunda 0,66 kilometr, Babək rayonunda 0,86 kilometr, Ordubad rayonunda 0,14 kilometr içməli su xətləri çəkilib, Şərur rayonunda 0,34 kilometr, Babək rayonunda 1,27 kilometr, Şahbuz rayonunda 0,4 kilometr, Culfa rayonunda 0,68 kilometr, Ordubad rayonunda 2,5 kilometr, Kəngərli rayonunda isə 0,11 kilometr mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılıb.

Bundan əlavə, içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunun Çeşməbasar kəndində 3 288 metr ana boru, 3 000 metr paylayıcı boru, Güznüt kəndində 2 650 metr paylayıcı boru, Culfa rayonunun Dizə kəndində isə yeni tikilmiş subartezian quyusundan 2 395 metr suaparıcı boru xətti çəkilib. Ordubad rayonunun Dəstə kəndini içməli su ilə təmin etmək üçün yeni tikilmiş kaptajdan 1 200 metr suötürücü boru xətti çəkilib.

Bu müddət ərzində nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib. Şərur rayonunda “Həmzəli-2”, “Zeyvə-1”, “Muğanlı” nasos stansiyalarının təzyiqli boru xətlərində 1,37 kilometr, Babək rayonunda “Araz-1”, “Araz-2” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,01 kilometr, Şahbuz rayonunda “Mahmudoba”, “Daylaqlı”, “Şahbuzkənd”, “Əcəmi-1”, “Əcəmi-2” nasos stansiyalarının və Ayrınc, Şada kəndlərinin subartezian quyularının təzyiqli boru xətlərində 0,24 kilometr, Culfa rayonunda Bənəniyar su anbarının, Kırna və Bənəniyar nasos xətlərinin təzyiqli boru xətlərində 0,13 kilometr, Ordubad rayonunda “Dəstə-2” və “Əylis-1” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,2 kilometr, Kəngərli rayonunda “Qıvraq-1”, “Qıvraq-2”, “Kərki”, “Şahtaxtı” və “Yeni Kərki” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,22 kilometr, Naxçıvan şəhərində “Qaraçuq-1” və “Qaraçuq-2” nasos stansiyalarının təzyiqli boru xətlərində isə 0,01 kilometr təmir-bərpa işləri aparılıb.

Bu ilin yanvar-mart ayları ərzində 2 kəhrizdə cari təmir işləri başa çatdırılıb, 2 kəhrizdə isə cari təmir işləri davam etdirilib. Ötən dövr ərzində kəhrizlərdə 750 metr kürə təmizlənib, 20 metr saybənd hörülüb.

Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 8 ədədinə yeni nasos quraşdırılmaqla, 88 ədədi əsaslı təmir olunub. Bundan əlavə, Culfa rayonunun Dizə kəndinin su təminatını yaxşılaşdırılmaq məqsədilə 1 yeni subartezian quyusunun tikintisi başa çatdırılaraq, istifadəyə verilib.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 102 evin içməli su xəttinə, 482 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb.

Sədərək rayonunun Dəmirçi kəndinin içməli su şəbəkəsinin tikintisi işləri başa çatdırılıb.

Son xəbərlər

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

Şəmkirdə 11 nəfər salatdan zəhərləndi

Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

"Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

Bütün xəbərlər