{category-title}

Qaradağda 2,2 kilometrlik 4 küçənin təmiri yekunlaşıb

 

 

Cari ilin əvvəlindən Qaradağ rayonunda başlanılan təmir-tikinti işləri çərçivəsində 2,2 kilometr uzunluğa malik 4 küçənin 15 min kvadratmetrdən çox sahəsində işlər yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu, uzunluqları 1,2 kilometr olan Müşviqabad qəsəbəsinin “1-ci massiv-A” və “1-ci massiv-B” küçələri, həmçinin 600 metr uzunluğa malik “2-ci massiv” küçəsi, həmçinin Lökbatan qəsəbəsində 450 metr uzunluğunda olan Seymur Orucov küçəsidir. Həmin küçələrdə asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb, yağış barmaqlıqları yenilənib, zəruri yerlərdə mövcud piyada səkiləri bərpa olunub və yeni səki daşları düzülüb.

Hazırda isə cari təmir işləri rayon üzrə Müşviqabad qəsəbəsində 1,3 kilometrlik 28 May küçəsində, orta təmir işləri isə uzunluğu 700 metr təşkil edən Lökbatan qəsəbəsinin Nizami və Musəvi küçələrində aparılır. Cari və orta təmir işləri aparılan ərazinin sahəsi 15 min kvadratmetrdir.

Qaradağ rayonunun Lökbatan, Korgöz və Qobustan qəsəbələri üzrə digər küçə və yollarda da işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində Korgöz qəsəbəsində 1,4 kilometrlik və mərkəzi küçəni 197 saylı orta məktəblə birləşdirən küçədə, həmçinin Lökbatan qəsəbəsinin 1,3 kilometr uzunluğu olan Nizami və Seymur Orucov küçələrinin kəsişməsində, qəsəbənin “6-cı massiv” yaşayış sahəsinin 1 kilometrlik 5-ci küçəsində təmir-tikinti işlərinə başlanılacaq. Təmir işləri aparılacaq ərazinin sahəsi təqribən 30 min kvadratmetrdir.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər