Anar Qalayev - Tarixi Zəfərimizə yol açan 44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasından 3 il ötür. 30 illik işğala son qoyub ərazi bütövlüyümüzü təmin edən rəşadətli Ordumuz dünyanın ən güclü ordusu olduğunu Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və müşahidə etdiyimiz keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində ordu quruculuğu sahəsində apardığı məqsədyönlü işlərin nəticəsidir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.

Dünya hərb tarixində yeni səhifə yazan Silahlı Qüvvələrimiz bir çox məqamlara aydınlıq gətirdi. Ən əsası dünya ədalət və beynəlxalq hüquq anlayışlarının mövcudluğunu təsdiqlədi. 30 il bu dəyərlərin əksər dünya güclərinin, nüfuzlu beynəlxalq təşkilatların maraqlarının arxasında dayanması Ermənistanın böyük iddialarla yaşamasına, özündə belə bir əminlik formalaşdırmasına səbəb olmuşdur ki, bu torpaqlar ona məxsusdur. Çünki əgər kiçik dövlətlərə “ədalət, beynəlxalq hüquq” dərsi keçən əksər dünya gücləri bu məfhumları maraqlarına uyğun tətbiq edirsə, etmad mühitinin mövcudluğundan, hansısa münaqişənin ədalətli həllindən danışmaq mümkün deyil. Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Eyni zamanda, bu bəyanat da səsləndirilirdi ki, torpaqlarımızı istənilən yolla azad etməyə hazırıq.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində bunu sübut etdi. Ermənistan silahlı qüvvələrinin mütəmadi törətdikləri hərbi təxribatlar, itkilərimiz dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Ordumuz 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında qarşı tərəfə lazım olan dərsi vermişdi. Lakin bu dərsləri unudan erməni silahlı qüvvələri növbəti təxribatı törətsələr də belə ağır, tarixdə unuda bilməyəcəkləri dərsi gözləmirdilər. Azərbaycan Ordusunun qarşısında diz çökən Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı. “Məğlubedilməz ordu” mifi dağıdıldı və dünya gördü ki, ən güclü ordu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır.

İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbə ilə kifayətlənməyərək daha da möhkəmlənməyə, qüdrətlənməyə, döyüş qabilyyətini artırmağa, maddi-texniki bazasını gücləndirməyə   səy göstərir. Son üç ildə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəlikləri pozaraq ölkəmizə qarşı təxribatlar törədən Ermənistan silahlı qüvvələrinə rəşadətli Ordumuzun verdiyi “Qisas”, “Qətiyyətli cavab” kimi dərslər də artan imkanlarının, gücünün təqdmatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda qarşıda dayanan hədəfləri açıqlayarkən ordumuzun daha da gücləndirilməsini, maddi-texniki bazasının möhkəmləndirilməsini xüsusi qeyd etdi və bu istiqamətdə atılan addımlar davamlılığı ilə diqqətdədir. Tarixi Zəfərimizi bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə  Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabrın ölkəmizdə Anım Günü kimi qeyd olunması özündə bütün məqamları ehtiva edir. Tarix yazan qəhrəmanlarımızı unutmamalı, onların həyat yolunu vətənpərvərlik məktəbi kimi öyrənib gələcək nəsillərə çatdırmalıyıq.

Son xəbərlər

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Putin Hindistana getdi

ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ

Şuşada ifaçılıq mərkəzi tikiləcək

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib

Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir

Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib

Ermənistanda məcburi hərbi xidmət müddətini qısaltmaq təklif olunub

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı

KİV: İtaliya tərəddüdlərdən sonra Ukrayna ilə bağlı siyasətini dəyişib

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

"Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib

NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Azərbaycana səfər edib

"Sabah" Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb

Türkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilib

KİV: Ermənistanda Pakistanın səfirliyi açılacaq

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək

KİV: Rusiyada “Drujba” neft kəməri yenidən partladılıb

Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq

Bütün xəbərlər