{category-title}

Araz Bəndəliyev: Ordumuz regionda sülhün, sabitliyin təminatçısına çevrilib

 

Araz Bəndəliyev

AAYDA 14 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC - nin rəisi 

 

Azərbaycan Xalq Cümhuriyyətində milli ordu quruculuğunu yenidən bərpa edən ölkəmiz tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoydu. 1918-ci il iyunun 26-da yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət ordusunun hüquqi bazasını təşkil etmişdi.


Müstəqilliyi əbədi, sarsılmaz, dönməz olan Azərbaycan Respublikasının müdafiəsini təmin edən ordumuz bu gün dünyanın ən güclü orduları sırasında yer almaqla, eyni zamanda, regionda sülhün, sabitliyin təminatçısına çevrilib. Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, ölkənin müdafiə qabiliyyəti gündən-günə artaraq xalq-dövlət-ordu birliyi monolit birliyə çevrilib. Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər nəticəsində 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi daxil edildi.


Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, qətiyyətli addımları, yüksək diplomatik bacarığı və ordumuzun vətənpərvər, qəhrəman əsgər və zabitlərinin gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Ölkənin suverenliyinin, müstəqilliyinin, müdafiə və təhlükəsizliyinin təminatçısı olan və 104 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi önə çəkilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.


Hər bir hərbçimizi bayram münasibətilə təbrik edir, Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarını dərin ehtiramla yad edirik. Qaziləri də unutmaq olmaz bu fəxarətli gündə. Hərbi əməliyyatlarda sağlamlığını itirən döyüşçülərimizi də 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə rəhbərlik etdiyim ADAU ailəsi adından təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Son xəbərlər

Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib

AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib

Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu

Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"

Mais Məmmədov: Zamanın fövqündə duran lider: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycanın sarsılmaz yüksəliş yolu

Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur

Sabah 23 dərəcə isti gözlənilir

Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"

İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək

WUF13-ün proqramı açıqlanıb

Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət

Bu günün valyuta məzənnələri

Krıma PUA hücumu zamanı beş nəfər ölüb

Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Sumqayıtda avtomobil yolu çöküb

Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur

Azərbaycanda ən populyar mobil cihazlar - SİYAHI

Bütün xəbərlər