Ədalət Hacıyev
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru,
Əməkdar mədəniyyət işçisi 

 

Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Bu bayram dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı kimi səciyyələnir. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.

Şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunan Novruz bayramını qədim zamanlardan bir sıra xalqlar, həmçinin azərbaycanlılar da yazın gəlişi, təbiətin oyanışı,  yeni ilin başlanğıcı kimi qeyd ediblər. Bu şənliklər təkcə Azərbaycanda yox həmçinin də İran, Əfqanıstan, Tacikistan və Özbəkistanda və bir sıra şərq ölkələrində qeyd olunur. Hətta İran və Əfqanıstan təkcə bununla kifayətlənmirlər həmin gün onlarda təqvimin ilk günü hesab olunur və yeni il 21 mart tarixində başlayır.
23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub.Daha bir vacib hadisə isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi olmuşdur.
Ən əsas məqamlardan biri də odur ki, Novruz xalqı birləşdirən bayramdır. Bu bayramda siyasi mövqeyindən asılı olmarayaq, müxtəlif partiyaların rəhbərləri də bir-birilərini təbrik edirlər. Ölkəmizdə formalaşmış yeni siyasi konfiqurasiya fonunda bu gözəl ənənə daha da inkişaf edir. bu amil də milli həmrəyliyimizi və birliyimizi daha da gücləndirir.
“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir
Bu bayram min illər boyu bizim xalqımızın qəlbinə daxil olub və çox dərin köklər salıbdır. Ona görə də bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir. Bu gün qürurverici haldır ki, Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq doğma Qarabağımızda Novruz bayramını qeyd edirik.

Son xəbərlər

WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır

Sabah Bakı və bəzi bölgələrdə külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Overçuk: Rusiya Ermənistanda Azərbaycan və Türkiyəyə çıxışı olan dəmir yolu sahələrini bərpa edəcək

Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib - SİYAHI

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı təltif edilib

Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib - SƏRƏNCAM

Sabirabadda bir ailənin 4 üzvü qidadan zəhərlənib, 11 yaşlı uşaq ölüb

2026-cı ilin ilk ayında büdcə gəlirləri proqnozu üstələyib

Azərbaycan Prezidenti: Bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır

Prezident İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq

Qeydiyyata alınmamış qrantlara görə cərimə tətbiq edəcək orqanlar müəyyənləşib

Niderland Senatının sabiq sədri Prezident İlham Əliyevi təbrik edib

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb

Rusiyada texnikum yaxınlığında atışmada 2 nəfər yaralanıb

ABŞ klubuna keçən Nəriman Axundzadə "Qarabağ"a təşəkkür edib

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verilib

Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 58 % artıb

İlham Əliyev: Müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələr xarici siyasətdə prioritet istiqamətlərdəndir

Sabah hava yağmursuz olacaq

Bakıda kuryeri bıçaqlayıb, qızılları aparan şəxs tutulub - VİDEO

Ömür yollarında silinməz izlər buraxan vətənövladı Əkrəm Babayev

Səfirlik: Vens ailəsinin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir

Qarayaxma kampaniyaları həqiqəti kölgədə qoya bilməz

Bütün xəbərlər