{category-title}

Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı!

 

Mahir Məmmədov

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti 

Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər.

 

Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşatmışdır. Sevinc üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayamı kimi formalaşmışdı. Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan xalqının tarixi qədim olan  bayramlarındandır. Tarixə nəzər salsaq görərik ki, təbiətin canlanmasının, birlik və bərabərliyin simvolu olan Novruzun bayram edilməsinə Sovet dövründə keçmiş SSRİ məkanına daxil olan türk respublikalarında, eləcə də Azərbaycanda ciddi yasaq qoyulmuşdu.  Lakin qadağalara baxmayaraq xalq bu əziz bayramı qəlbində yaşadır, onu hər il gizli də olsa qeyd edirdilər.

Azərbaycanda milli adət-ənənəyə uyğun olaraq Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzi sayılır. Hər bir azərbaycanlı səməni göyərtməklə növbəti ilə bərəkət, bolluq, ruzi arzulayır. Hələ ta qədimdən insanlar Novruz bayramına dörd həftə qalmış hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı oxumaqla Oda, Atəşə, Günəşə etiqadlarını ifadə etmişlər. Bu adət-ənənələr hazırda da davam etdirilir.  Hər bir xalq Novruz bayramı ilə bağlı etnik, yerli və milli xüsusiyyətlərinə uyğun olaraq özünəməxsus mərasim nəğmələri, rəqslər, oyunlar yaradıb. Azərbaycanda Novruz bayramı qabağı adətən evlərdə, həyətlərdə abadlıq, təmizlik işləri aparılır, ağaclar və güllər əkilir. Novruz bayramında cürbəcür şirniyyat növləri - qoğal, paxlava, şəkərbura hazırlanır, plov bişirilir, rəngbərəng yumurtalar boyanır, xonça bəzənir, tonqal qalanır, səməni qoyulur. İnsanlar Novruzqabağı əzizlərinin ruhunu anır, küsülülər barışır, qohum-qonşu bir-birinə qonaq gedir, pay göndərirlər.Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev də sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Müstəqillik dövründə isə Ulu Öndər hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxar, xalqımızın Novruz sevinclərindən zövq alardı.Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
        
Hər il Ulu Öndərin bayram münasibətilə Azərbaycan xalqına təbrikləri Novruzun ruhundan doğurdu. Ümummilli Liderin bayram şənliklərində iştirakı, Kosa ilə yumurta döyüşdürməsi, Bahar qızı ilə söhbətləri Novruz tədbirlərini daha da şənləndirir, insanlarda xoş ovqat yaradırdı.Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırır. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd edib.  Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeyd olunur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi tərəfindən 21 mart tarixi Beynəlxalq Novruz Günü elan olunub. Mübaliğəsiz demək olar ki, Novruz Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz ictimai həyata yeni həvəs gətirən, milli adət-ənənələri yaşadan el bayramıdır. Dolayısı ilə Novruz ənənəsini davam etdirən hər kəs mədəniyyət daşıyıcıları olmaqla yanaşı, ortaq dəyər kimi bu ənənələri qoruyurlar. Novruz, xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, adət-ənənələrimizin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.
        
Son olaraq isə xalqımızın Novruz bayramını təbrik edir, hər bir vətəndaşımıza bahar təravətli günlər, xoşbəxtlik və firavan həyat arzu edirəm!

Son xəbərlər

BƏƏ-də yaralananların sayı 178 çatıb

"Fars" agentliyi: SEPAH Dubayda 21 ukraynalının olduğu antidron sistemlərinin anbarını məhv edib

Türkiyə Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü: Qlobal böhranlar fonunda Zəngəzur dəhlizinin tez açılması vacibdir

DTX Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümü ilə bağlı videopaylaşım edib

Şamaxıda güclü leysan avtomobillərin hərəkətinə çətinliklər yaradıb

Omanın Salala limanı PUA hücumuna məruz qalıb, bir nəfər yaralanıb

İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib

Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək

Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Beynəlxalq səyyahlar Şuşaya gəliblər

Azərbaycana soyuqlar gəlib

Bakının ən rahat iş tapılan rayonları - SİYAHI

Ağdamda 41 yaşlı kişi minaya düşüb

Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur

Araqçı Azərbayacana təşəkkür etdi

Türkiyənin 140 min ton neftlə yüklü tankeri dronla vurulub

KİV: ABŞ neftin qiymətinin 200 dollara qədər yüksələcəyi ssenarisinə hazırlaşır

Hakan Fidan Suriya, Qətər və özbəkistanlı həmkarları ilə regiondakı gərginliyi müzakirə edib

Göyçayda qamışlıq və yabanı kolluq ərazidə yanğın olub

Pezeşkian regiondakı vəziyyətlə bağlı mövqeyinə görə Ərdoğana təşəkkür edib

Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan dörd nəfər saxlanılıb

Sabah bəzi rayonlara yağış yağacaq

İsraildə İranın zərbələri nəticəsində 5 mindən çox insan yaralanıb

Bütün xəbərlər