{category-title}

Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib

 Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. 


"Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz bayram günlərində hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram. 

Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı əcdadımızın indiki nəsillərə misilsiz yadigarıdır. Təbiətlə insanın vəhdətinə dair təsəvvürləri yaşadan rəngarəng Novruz mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyası parlaq təcəssümünü tapmışdır. 

Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir. 

Baharın yurdumuza hər gəlişi əsrlərin yaddaşında iz qoymuş mərasimlərimizə uyğun, yüksək təntənə ilə qeyd olunur. Qloballaşma dalğasının geniş vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə məruz qaldığı bir zamanda Novruz bayramı tarixi-mədəni irsə bağlılığımızın ifadəsinə çevrilmişdir. Özündə insanlığa xas ali dəyərləri cəmləşdirmiş bu bayramın UNESCO tərəfindən ümumbəşəri irsin şah əsərləri sırasına daxil edilməsi hər birimiz üçün iftixar mənbəyidir. 

Dayanıqlı inkişaf yolunda ciddi uğurlara nail olmuş Azərbaycanın islahatların növbəti mərhələsinə qədəm qoyması yaz fəslinin yeniləşdirici ovqatı ilə həmahəng səsləşərək qurub-yaratmaq əzmimizi artırır. Həyatımızın ayrı-ayrı sahələrindəki davamlı müasirləşmə meyilləri ilə vahid axarda gerçəkləşdirilən müxtəlif layihələr ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəlmişdir. Qoy bu bayram hər evə xoş ovqat gətirsin və hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin. 

Novruz bayramınız mübarək olsun!"

Son xəbərlər

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda turistlər üçün dəmiryol bileti paketləri tətbiq ediləcək

Paşinyan: Yerasx-Naxçıvan dəmir yolu sahəsinin təmiri dövlət hesabına aparılacaq

Qətər XİN rəhbəri: Hörmüz ətrafındakı gəmiçilik bərpa edilməli və "şantaj"a son qoyulmalıdır

Rusiya başladığı müharibəni uduzur

Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

ABŞ-də təyyarə polis helikopterinə çırpılıb, ölən və yaralananlar var

İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

Azərbaycan neftinin qiyməti 95 dolları keçib

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək

Keniyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb - YENİLƏNİB

DİM-dən son xəbərdarlıq: Minlərlə abituriyent hələ seçimini təsdiqləməyib

"Sabah" bu axşam Çempionlar Liqasında pley-off oyununa çıxır

Azərbaycan-Qazaxıstan Müdafiə nazirlikləri arasında qərargah danışıqları aparılıb

Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb

Əraqçinin müavini Trampın Hörmüz boğazı ilə bağlı ərazi iddiasına cavab verib: İllüziyaları tezliklə düzəldəcəyik

Britaniyanın yeni səfiri: Etimadnaməmi İlham Əliyevə təqdim etmək mənim üçün böyük şərəf oldu

Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Sabah dörd şəhər və rayonda qaz olmayacaq

Bütün xəbərlər