{category-title}

Novruz bayramı-Milli həmrəylik və birlik simvoludur!

Elçin Xəlilov  

 

 “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” – Ulu Öndər Heydər Əliyev. Həqiqətən də bu tarixi sözlərin reallığa çevrilməsi YAP fəalı, bir Azərbaycan vətəndaşı kimi məni çox sevindirir.

Azərbaycan Respublikasının Prezidenti, doğma Partiyamızın Sədri cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub.28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyanın rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır.“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal - günəşi, şəkərbura - ayı, rənglənmiş yumurta - həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 8 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmə süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında “Novruzun çələngi”və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib.
Dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu islahatlar çərçivəsində Azərbaycanda bütün sahələrə olduğu kimi  milli və mənəvi dəyərlərimizə daim yüksək diqqət və qayğı göstərilir. Biz YAP fəalı olaraq bu gün qürur hissi ilə söyləyə bilirik ki, Partiyamızın müdrik siyasəti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı bundan sonra da uğurlu gələcəyə doğru aparır.

Son xəbərlər

BƏƏ-də yaralananların sayı 178 çatıb

"Fars" agentliyi: SEPAH Dubayda 21 ukraynalının olduğu antidron sistemlərinin anbarını məhv edib

Türkiyə Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü: Qlobal böhranlar fonunda Zəngəzur dəhlizinin tez açılması vacibdir

DTX Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümü ilə bağlı videopaylaşım edib

Şamaxıda güclü leysan avtomobillərin hərəkətinə çətinliklər yaradıb

Omanın Salala limanı PUA hücumuna məruz qalıb, bir nəfər yaralanıb

İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib

Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək

Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Beynəlxalq səyyahlar Şuşaya gəliblər

Azərbaycana soyuqlar gəlib

Bakının ən rahat iş tapılan rayonları - SİYAHI

Ağdamda 41 yaşlı kişi minaya düşüb

Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur

Araqçı Azərbayacana təşəkkür etdi

Türkiyənin 140 min ton neftlə yüklü tankeri dronla vurulub

KİV: ABŞ neftin qiymətinin 200 dollara qədər yüksələcəyi ssenarisinə hazırlaşır

Hakan Fidan Suriya, Qətər və özbəkistanlı həmkarları ilə regiondakı gərginliyi müzakirə edib

Göyçayda qamışlıq və yabanı kolluq ərazidə yanğın olub

Pezeşkian regiondakı vəziyyətlə bağlı mövqeyinə görə Ərdoğana təşəkkür edib

Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan dörd nəfər saxlanılıb

Sabah bəzi rayonlara yağış yağacaq

İsraildə İranın zərbələri nəticəsində 5 mindən çox insan yaralanıb

Bütün xəbərlər