{category-title}

Araz Bəndəliyev

14 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC - nin rəisi 

 

Doğma el-obamıza Baharın və Novruzun gəlişi ilə dağ-dərələr, düzlər yaşıl don geyinir, göy çəmənləri çiçəklər, bulaqların, arxların başını yarpızlar bəzəyir, ağaclar ağ örpəyə bürünür.  Bu bayram günlərində uşaqlı-böyüklü təbiətin dəyişməsini və torpağın oyanmasını gözləyir.

Novruz bayramı xalqımızın ən qədim bayramlarından biridir. Gözəl adət və ənənələri,  zəngin el şənlikləri, füsunkar gözəllikləri və yaddaqalan bayram nəğmələri ilə bol olan Novruz bayramı Azərbaycanda təntənə və yüksək əhval-ruhiyyə ilə qeyd edilir.

Novruz süfrəsi xalqın ən ləziz milli yeməkləri ilə bəzənər. Bayramda cürbəcür şirniyyat növləri - şəkərbura, paxlava və qoğal hazırlanır, plov bişirilir, rəngbərəng yumurtalar boyanıb süfrəyə qoyulur. Bayram axşamı bacalardan torbalar sallanar, qapılara papaq atılar. Qonum-qonşu qulaqlarını birbirlərinin qapılarına dayayıb içəridən gələn səslərə qulaq asar, öz gələcək talelərini ordan eşitdikləri söz-söhbətlə müəyyənləşdirərlər. Novruz günlərində qohum-qardaş, dost-tanış ləziz nemətlərdən xonça bağlayıb bir-birlərinə qonaq gedərlər.
Xalqımızın sevə-sevə qeyd etdiyi bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bizi də bir xalq olaraq birləşdirir, xalqımızda daha möhkəm birlik yaradır.

44 gün ərzində Vətənimiz uğrunda apardığımız döyüşlərdə mənfur düşmənlərimiz üzərində Müzəffər Ordumuzun və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız möhtəşəm Qələbə nəticəsində bu gün biz Novruz bayramını qədim şəhərimiz Şuşada, Qarabağda, ərazi bütövlüyü bərpa olunan Azərbaycan da qeyd edirik.

Prezident İlham Əliyevin Novruz bayramında Azərbaycan xalqına təbrikində qeyd etdiyi kimi, “Novruz bayramı ulu babalarımızın zəngin mənəvi aləmini dolğun təcəssüm etdirir. Ən qədim təsəvvürləri qoruyub saxlamış bu bayram təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsidir. Odlar diyarına onun hər gəlişi min illərin ənənəsinə uyğun, rəngarəng mərasimlər və el şənlikləri ilə müşayiət olunmuşdur. Milli özünüdərkin təşəkkülündə müstəsna mövqeyə malik Novruz ənənələri çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir. Həmin ənənələrin müqəddəs ərməğan kimi həmişə uca tutulması və layiqincə yaşadılaraq gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur”.

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər