{category-title}

Araz Bəndəliyev: Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır

 

Araz Bəndəliyev

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

14 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC - nin rəisi 

 

Dünyada sürətlə dəyişməkdə olan geosiyasi şərait sülh və sabitliyin möhkəmləndirilməsində, iqtisadi inkişafın dəstəklənməsində, ictimai-siyasi tarazlığın qorunmasında, təhlükəsizliyin təmin edilməsində beynəlxalq təşkilatların üzərinə indi daha böyük vəzifələr düşdüyünü göstərir. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı son illərdə beynəlxalq arenada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində daha mühüm rol oynamağa başlayan qurum kimi önəm daşıyır.
Təşkilatın əsas məqsədləri sırasına üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması daxildir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Səmərqənd şəhərində cari ilin sentyabrın 15–16-da keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət edilməsi respublikamızın, xüsusilə dövlətimizin başçısının dünya miqyasında nüfuzunun və ölkə rəhbərinə göstərilən yüksək ehtiramın əyani təsdiqidir.
Zirvə görüşündə çıxışı zamanı Ölkə başçısı bir daha bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat–kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Bu gün Azərbaycan Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Əlbəttə, Zəngəzur dəhlizi tək Azərbaycan üçün deyil, bütün bölgə dövlətləri, o cümlədən, Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr üçün də iqtisadi əhəmiyyət daşıyan faktordur.
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin, Pakistanın Baş naziri Şahbaz Şərif və Rusiya Prezidenti Vladimir Putinlə görüşlərində bu ölkələrlə müxtəlif istiqamətlərdə əlaqələrin dərinləşdirilməsinə və daha da inkişafı üçün birgə səylərin bundan sonra da davam etdirilməsinə maraqlı olduğunu bildirmiş, həmçinin sentyabrın 12-13-də Ermənistan–Azərbaycan sərhədi zonasında təxribatla bağlı ölkəmizin qəti mövqeyini, sülh siyasətinə sadiqliyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Dövlətimizin başçısı çıxışı zamanı, həmçinin, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsiz fəaliyyəti narahatlıq doğurduğunu qeyd etmişdir. Bu baxımdan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsini qeyd etmək yerinə düşür. Hələ də beynəlxalq münasibətlərdə ikili standartlara yol verilir. Belə ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra olunur. Azərbaycanla bağlı qəbul edilmiş məlum qətnamələr isə 27 il ərzində icra olunmamışdır.
Bütün bunlara baxmayaraq Azərbaycan bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan hazırda BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatının sədridir. Azərbaycanın bu təşkilata sədrlik müddətinin daha bir il uzadılması ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyada böyük hörmət və nüfuz sahibi olmasının göstəricisidir.

Son xəbərlər

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bütün xəbərlər