{category-title}

Martda əfv olacaqmı? - AÇIQLAMA

 Azərbaycanda əfv sərəncamının nə zaman imzalanacağı məlum deyil. Doğrudur, sərəncamın gələn ay, yəni Novruz bayramında imzalanacağına ümidlər yüksəkdir. Lakin hazırda Əfv Komissiyasının iclaslarının keçirilməməsi, üstəlik, 9 fevralda ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçirilməsi və seçki ətrafında proseslərin hələ də bitməməsi şansları olduqca azaldır.
 
Onu da qeyd edək ki, Əfv Komissiyasının sədri postu da hələ ki boşdur. Ora nə zaman təyinatın olacağı məlum deyil.
 
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a bu barədə qəti bir fikir söyləyə bilmədi: “Doğrudur, son illərdə bir qayda olaraq, Novruz bayramı ərəfələrində əfv sərəncamları verilib. Amma yadınıza salmaq istərdim ki, Cümhuriyyətimizin yüz illiyində, yəni 2018-ci ilin may ayında əfv sərəncamı imzalandı. İndi isə növbədənkənar parlament seçkiləri keçirildi. Bunun da Əfv Komissiyasının iclaslarını bir qədər yubatdığını düşünmək olar. Azərbaycan qanunvericiliyində mütləq bir tələb yoxdur ki, əfv sərəncamları ildə hökmən bir, yaxud iki dəfə verilməlidir. Bu, prezidentin müstəsna konstitusion səlahiyyəti ilə birbaşa bağlıdır.
 
Ölkə başçısı nə zaman istəsə, bu sərəncamı imzalaya bilər. Bu ilin gərgin başladığını demək olar, yəni parlament seçkilərini nəzərdə tuturam. Bu proses tam olaraq yekunlaşmayıb. MSK nəticələri hələ ki yoxlayır. Diqqətlər daha çox bu məsələnin üzərinə yönəlib. Əfv Komissiyasının iclaslarının nə zaman başlayacağı barədə də dəqiq fikir söyləmək olmaz. İclaslar olanda mütəmadi olaraq, mətbuat məlumatlandırılır.
 
Əgər komissiyanın iclasları olacaqsa, mütləq mətbuat bundan xəbər tutacaq. Onu da deyim ki, komissiyanın iclaslarının keçirilməsi o demək deyil ki, mütləq əfv sərəncamı veriləcək. Komissiya məsələnin texniki tərəfini həll edir. Edilən müraciətlərə baxılıb müvafiq qərar qəbul olunur. Ondan sonra siyahı prezidentə təqdim edilir və dövlət başçısı əfvin verilmə zamanını müəyyənləşdirir”.
 
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu ümidli danışdı: “Əfv Komissiyasının sədri müəyyən olunmalıdır. İnanmıram ki, martda əfv olmasın. Əfvin olacağına çox ümid edirik. Ola bilsin ki, martda yox, aprel, may aylarında əfv olsun. Sərəncamın veriləcəyinə inamımız yüksəkdir. Seçkilər hazırlığı çox ləngitdi. Fevralın sonuna qədər seçkilərlə bağlı proseslər, hər halda, yekunlaşacaq. Ondan sonra isə yetəcək zaman var. Bizim siyahımız hazırdır. Hər olduğu kimi, bu il də siyahımızı təqdim edəcəyik. Hər şey normal gedir. Əfvin indi verilməsi olduqca vacibdir. Bu çox sevindirici hal olardı”.

Son xəbərlər

Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Əli Əsədov Oljas Bektenovu təbrik edib

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq

Nepalda sel fəlakətində ölənlərin sayı 804-ə çatıb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var

SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır

AAYDA vətəndaşlara müraciət edib

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb

Bütün xəbərlər