{category-title}

USTAD SƏNƏTKAR DƏDƏ ŞƏMŞİRİN ANIM MƏRASİMİ KEÇİRİLİB

 

 

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin nəzdində fəaliyyət göstərən “Aşıq Şəmşirin Memorial Muzeyi”ndə XX əsr Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin vəfatının 40-cı ildönümü münasibətilə anım tədbiri keçirilib. Anım mərasimində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəal üzvləri, Kəlbəcər rayon 14 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Mərasimdə çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov ustad sənətkarın ədəbiyyatımızda və aşıq sənətimizdəki mövqeyindən bəhs edib. O, bildirib ki, 2018-ci ildə Dədə Şəmşirin 125 illik yubileyi ölkə miqyasında qeyd edilib, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Ulu öndərimiz Heydər Əliyev də ustad sənətkarın ədəbi-bədii irsinə yüksək qiymət vermiş, hələ 1973-cü ildə böyük sənətkarın 80 illik yubileyinin keçirilməsi ilə bağlı qərar vermişdir. 2003-cü il iyul ayının 5-də isə Heydər Əliyev “Aşıq Şəmşirin 110 illik yubileyinin keçirilməsi haqqqında” sərəncam imzalamışdır. Sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verilib və büstü ucaldılıb.
Tədbirdə iştirak edən məktəblilər Memorial Muzeydə ustad sənətkara aid eksponatlarla tanış olub, onun şeirlərindən nümunələr səsləndiriblər. Mərasimdə o da qeyd edilib ki, görkəmli sənətkar 40 il bundan öncə 87 yaşında vəfat etmiş, özünün vəsiyyətinə əsasən doğma Ağdaban kəndindəki “Yeddi qardaş dağı” deyilən yerdə dəfn edilmişdir. Təəssüf ki, bu gün görkəmli sənətkarın məzarı doğma Kəlbəcərdə erməni girovluğundadır. Erməni vandalları onun məzarını dağıtmaqla yanaşı Dədə Şəmşirin və atası Ağdabanlı Şair Qurbanın külliyatını da yandırmışlar. Eyni zamanda mərasim iştirakçıları əminliklərini bildiriblər ki, möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal olunmuş bütün torpalarımız kimi Dədə Şəmşirin yurdu Kəlbəcər, Ağdaban düşmən tapdağından azad ediləcək və Dədə Şəmşirin növbəti anım günləri və eləcə də yubileyləri böyük sənətkarın doğma yurunda qeyd olunacaq.
Onu da qeyd edək ki, bu gün ustad sənətkarın anım günü münasibətilə Kəlbəcər rayon mədəniyyət şöbəsi və Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə də tədbir keçirilib, Dədə Şəmşirin Göygöl rayonunda ucaldılmış büstü ziyarət olunub, ziyarətçilər tərəfindən sənətkarın ruhuna dualar oxunub.

 

USTAD SƏNƏTKAR DƏDƏ ŞƏMŞİRİN ANIM MƏRASİMİ KEÇİRİLİB

 

USTAD SƏNƏTKAR DƏDƏ ŞƏMŞİRİN ANIM MƏRASİMİ KEÇİRİLİB

 

USTAD SƏNƏTKAR DƏDƏ ŞƏMŞİRİN ANIM MƏRASİMİ KEÇİRİLİB

 

USTAD SƏNƏTKAR DƏDƏ ŞƏMŞİRİN ANIM MƏRASİMİ KEÇİRİLİB

 

USTAD SƏNƏTKAR DƏDƏ ŞƏMŞİRİN ANIM MƏRASİMİ KEÇİRİLİB

 

USTAD SƏNƏTKAR DƏDƏ ŞƏMŞİRİN ANIM MƏRASİMİ KEÇİRİLİB

 

USTAD SƏNƏTKAR DƏDƏ ŞƏMŞİRİN ANIM MƏRASİMİ KEÇİRİLİB

 

USTAD SƏNƏTKAR DƏDƏ ŞƏMŞİRİN ANIM MƏRASİMİ KEÇİRİLİB

 

USTAD SƏNƏTKAR DƏDƏ ŞƏMŞİRİN ANIM MƏRASİMİ KEÇİRİLİB

 

USTAD SƏNƏTKAR DƏDƏ ŞƏMŞİRİN ANIM MƏRASİMİ KEÇİRİLİB

 

USTAD SƏNƏTKAR DƏDƏ ŞƏMŞİRİN ANIM MƏRASİMİ KEÇİRİLİB

 

USTAD SƏNƏTKAR DƏDƏ ŞƏMŞİRİN ANIM MƏRASİMİ KEÇİRİLİB

 

Son xəbərlər

Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Əli Əsədov Oljas Bektenovu təbrik edib

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq

Nepalda sel fəlakətində ölənlərin sayı 804-ə çatıb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var

Bütün xəbərlər