{category-title}

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür - ANIM

 Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

SalamNews xəbər verir ki, İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

Gizir Mübariz İbrahimov 2010-cu il iyunun 19-da gecə saat 23.30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə Sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirib. Rəsmi məlumatda Mübariz Ağakərim oğlu İbrahimovun Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət göstərərək qəhramancasına həlak olduğu göstərilib.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2010-cu il oktyabrın 27-də birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycanın Tərtər rayonu istiqamətində Ermənistan hərbiçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Mübariz İbrahimovun meyiti həmin il noyabrın 6-da qarşı tərəfdən alınıb. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Bir gün sonra, noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də qatılıb. Sonra şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.

2010-cu il noyabrın 11-də Təzəpir məscidində ölkə prezidentinin adından şəhid hərbçilər – Milli Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə" medalıyla təltif olunnmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan verilib.

Son xəbərlər

Zelenski: "Yaroslavl" neft emalı zavoduna endirilən zərbə uğurlu olub

İranda Təbriz Günü qeyd edilib

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq

Tailandda məktəbdə atışmada ölənlərin sayı yeddi nəfərə çatıb – YENİLƏNİB

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

FHN: Küləkli havada dənizə girmək təhlükəlidir

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Bütün xəbərlər