{category-title}

Arzu Rəhimovun işçisindən prezidentə şikayət olundu - Müraciət

 Azərbaycan Respublikası Ucar rayonunda anadan olmuş, Rusiya vətəndaşı, Rusiya Federasiyasının Yaroslavl şəhəri, 3-cü Pyatovskaya küçəsi ev 3 ünvanında qeydiyyatda olub və yaşayan Qafarov Rəşad Xudaverdi oğlu tərəfindən prezident İlham Əliyevə şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən, Qafarov Rəşad Xudaverdi oğlu 02.12.1988-ci il tarixdə Ucar rayonun, Qaracallı kəndində anadan olmuşam. 1995/96-cı tədris ilində Qaracallı kənd orta məktəbinin birinci sinfinə daxil olmuşam. 1999/2000-ci tədris ilindən təhsilimi Mingəçevir şəhər 3 saylı tam orta məktəbdə təhsilimi davam etdirmişəm. 2002-ci il tarixdə əmimlə Rusiya Federasiyasına rusiya vətəndaşı olan atamın yanına getmişəm. 28.08.2002-ci il tarixdən 17.06.2005-ci il tarixə kimi Yaroslavl şəhərinin, Qromov küçəsi 10A ünvanında yerləşən 11 nömrəli orta məktəbdə təhsil almışam. 2005-2009-cu illərdə Yaroslavl Texnologiya Kollecini bitirib hüquqşünas ixtisasına yiyələnmişəm. 15 dekabr 2009-cu il tarixdə Rusiya Federasiyasının hərbi birləşmələrində həqiqi hərbi xidmət olmuşam. Hərbi xidmətimi başa vurmağım barədə AM 4853078 nömrəli hərbi biletdə qeydiyyat aparılmışdır. 
11.01.2007-ci il tarixdə Rusiya Federasiyasının Yroslavl şəhərinin notariat kontorunun notariusu Şerbaçeva Olqa İvanovana tərəfindən təsdiq edilmiş və reyestrdə 60 nömrə ilə qeyd edilmiş ərizə ilə Azərbaycan vətəndaşlığından imtina etmişəm. Həmin ərizəni və azərvaycan vətəndaşlığına aid olan bütün sənədləri Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Yaroslavl Vilayəti üzrə Daxili İşlər idarəsinin Miqrasiya məsələləri üzrə İdarəsinə təqdim etmişəm. Həmin İdarədən mənə təqdim edilən 31.08.2018-ci il tarixli cavab məktubu və ona əlavə edilmiş 12.01.2007-ci il tarixli poçt qəbzindən göründüyü kimi Yaroslavl Vilayəti üzrə Daxili İşlər idarəsi mənim imtina ərizəmi və sənədləri 12 yanvar 2007-ci il tarixdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə göndərilmişdir. 
23 oktyabr 2016-ci il tarixdə Azərbaycan Respublikasına qonaq gəlmişdim. Bu barədə Rusiya Federasiyasının Daxili İşlər Orqanı tərəfindən verilmiş xarici pasportda sərhəd keçid məntəqəsinin qeydiyyatı vurulmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsinin 1 nömrəli bildirişində 25 oktyabr 2016-cı il tarixli 90 günlük qeydiyyat aparılmışdır.
29 noyabr 2016-cı il tarixdə Rusiya Federasiyasına getmək istəyərkən Azərbaycan Respublikası H.Əliyev adına Hava limanında, Sərhəd keçid məntəqəsində mənə bildirdilər ki, sənin sərhəd keçid məntəqəsini keçmək, yəni Azərbaycan Respublikası sərhədlərini keçməyinə qadağa qoyulmuşdur. Səbəbini soruşduqda mənə rəsmi olaraq hər hansı bir sənəd və ya məhkəmə qərarı təqdim etmədilər. 
25 noyabr 2016-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsi mənim sənədlərimin araşdırılması üçün Ucar rayon Prokurorluğuna müraciət etmişdir. Ucar Rayon Prokurorluğunun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə göndərdiyi 23 dekabr 2016-cı il tarixli, 734-x-16 nömrəli məktubda bildirilir ki, Qafarov Rəşad Xudaverdi oğlunun uçot kartasında çağırışçının müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə müvafiq qərar qəbul edilməmişdir.
Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 1998-ci il tarixli, № 527-IQ nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun 18-ci maddəsinə görə - “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:
1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərinə görə də çağırışçının ilkin qeydiyyata alınmasının əsas şərti tibbi müayinədən keçmədir.
İş materiallarından da göründüyü kimi Rəşad Qafarov ilkin tibbi müayinədən keçməmişdir. Bunun səbəbi isə Ucar rayonun Qaracallı kəndində qeydiyyatda olmuş Rəşad Qafarov 1995/96-cı illərdə Qaracallı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olmuşdur. 2000/01-ci tədris ilində həmin məktəbin 5-ci sinifi bitirdikdən sonra 6-cı, 7-ci sinifləri Mingəçevir şəhər M.Hüseynzadə adına 3 nömrəli tam orta məktəbdə oxumuşdur. Qaracallı kənd 2 nömrəli, Mingəçevir şəhər 3 nömrəl tam orta məktəb tərəfindən verilmiş arayışlar bunları təsdiq edir. Rusiya Federasiyasının Yaroslavl şəhərində yerləşən 11 nömrəli orta məktəb tərəfindən verilmiş arayışdan görünür ki, Rəşad Qafarov 28.08.2002-ci il tarixdə məktəbə qəbul olunmuş 17.06.2005-ci il tarixdə həmin orta məktəbi bitirmişdir. Rəşad Qafarovun hərbi biletinin beşinci səhifəsində aparılmış qeyddən görünür ki o, 2005-ci il 2009-cu il tarixə kimi Yaroslavl Texnoloji kollecində təhsil almışdır. 2009-2010-cu il tarixdə hərbi xidmətdə olmuşdur. 
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.5-ci maddəsinə görə - Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmə hüququna malikdirlər.
Toplanmış materiallara hüquqi qiymət verən Ucar rayon Prokurorluğu bildirir ki, çağırışçı Qafarov Rəşad Xudaverdi oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci (Hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsinə əsasən cinayət təqibinin aparılması yolverilməzdir. 
25 noyabr 2016-cı il tarixdən bu günə kimi vətəndaşı olduğum Rusiya Federasiyasına qayıda bilmirəm. Bu müddətdə məni işimdən azad ediblər. Bunun nəticəsində mənə külli miqdarda maddi və mənəvi ziyan dəyib.
Mənim sərhədi keçməyimə qadağa qoyulmasının əsas səbəbi kimi mənim hərbi xidmətdə olmamağını göstərilir. 
Cənab Prezident! 
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərini kobud şəkildə pozan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi mənim vətəndaşlıq hüququmu pozaraq mənə sünii əngəllər yaradır. Bu məsələni öz nəzarətinizə götürüb, baş vermiş halların araşdırılıb hüquqi qiymət verilməsi üçün göstəriş verməyinizi xahiş edirəm""

Dia.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
 

Son xəbərlər

Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək

“Brent” neftinin qiyməti 2 %-dən çox aşağı düşüb

Ərdoğan Roma Papasının vəfatı ilə bağlı başsağlığı verib

Növbəti iki ayda IV və VI siniflər üzrə monitorinqlər keçiriləcək

“Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq” - Prezident

Sabah 27 dərəcə isti olacaq

Bakıda anbarda baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Roma Papası VƏFAT ETDİ

Kürdə suyun səviyyəsi qalxıb

Məmməd Abbasbəyliyə İqtisadiyyat Nazirliyində vəzifə verilib - Eksklüziv

Bir neçə fənn üzrə təkmilləşdirilmiş təhsil proqramları təsdiqlənib

Xəstəlik vərəqi e-sənəd kimi tərtib ediləcək

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində daha iki oyun keçiriləcək

Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq

KİV: ABŞ Zaporojye AES-in ətrafındakı ərazilərə nəzarət etmək istəyir

Pakistan Baş nazirinin müavini Kabildə rəsmi səfərdədir

Azərbaycan Orta Dəhlizdə darboğazları aradan qaldırmağa başlayıb

Ceyhun Bayramov: İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır

Bu qayda 10 il qüvvədə olacaq - Prezident təsdiqlədi

Azərbaycanda nisyə satışla məşğul olan sahibkarlar kredit bürosuna məlumat vermək öhdəliyindən azad edildi

Bakıda ahıl qadının 80 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Ötən gün 10 ədəd qanunsuz odlu silah aşkarlanıb

Qubanın 10 kəndinin rayon mərkəzi ilə əlaqəsi KƏSİLDİ

Aybəniz Haşımovanın qızına qarşı dələduzluq - FOTO

Bütün xəbərlər