{category-title}

 

Gənclər sabahkı cəmiyyətimizin gələcəyidir.

Hər kəsə bəllidir ki, 2 fevral 1996-cı il tarixdə xalqımızın ulu öndəri, mərhum prezidentimiz Heydər Əliyevin dəstəyi ilə, ölkəmizdə ilk dəfə olaraq gənclərin 1-ci forumu keçirilir. Bir il sonra Ulu Öndərin imzaladığı 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə, 2 feval günü “Gənclər günü” elan olunur. Belə bir sərəncam imzalandıqdan sonra ölkəmizdə hər ilin 2 feval günü “Gənclər günü” deyə qeyd olunmağa başlayır. Onu da qeyd edək ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə gənclər siyasətinin əsas qoyuldu və 1994-cü ildə, məhz bu siyasəti həyata keçirmək məqsədilə Gənclər və İdman Nazirliyi də yaradılır. Nazirlik fəaliyyətə başladıqdan az sonra, mərhum prezidentimizin rəhbərliyi altında ölkəmizdə gənclərlə bağlı məsələlərə diqqət və qayğı daha da artırıldı. O halın varlığını da qeyd edək ki, əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulmuş və bu gün də uğurla həyata keçirilən siyasətin nəticəsidir ki, hal-hazırda ölkəmizdə yüksək intellektuala malik, geniş dünyagörüşlü gənc nəsil yetişməkdədir. Hətta, öz bacarığı, intellekti ilə seçilən gənclərin çoxu, hal-hazırda dövlət idarəçiliyi sistemində çalışmaqdadırlar.

Bəli, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclərlə bağlı siyasıt, bu gün cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Atılan belə bir addımların nəticəsidir ki, bu siyasət daim Azərbaycan gəncliyinin inkişafına təkan verir, gənclərin cəmiyyətdə özlərini təsdiq etmələri üçün, onlara lazımi imkanlar da yaradır. Bu siyasət çərçivəsində o halın da şahidi oluruq ki, gənclərimiz dövlətçiliyə bağlı olan, öz intelektual göstəriciləri ilə fərqlənən bir qüvvə olaraq formalaşmaqdadırlar. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğısını dərin ehtiram hissi ilə xatırlayırlar. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən dövlət gənclər siyasəti, bu gün Azərbaycan gəncliyinin inkişafına təkan verir, onlara özlərini cəmiyyətdə təsdiq etmələrində mühüm rol oynayır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmalarının da şahidi olaruq.

Onu da uutmaq olmaz ki, Ulu Öndər 30 avqust 2005-ci il tarixdə “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayır. İmzalanmış sərəncam əsasında gənclərin potensialından ölkəmizin mənafeyi naminə düzgün istifadə etmək, onların dövlət idarəçiliyi sistemində iştiraklarının təmin olunması məqsədilə müəyyən addımlar da atılır. Gənclərin hərtərəfli inkişafını, cəmiyyət həyatında fəal iştiraklarını bir qədər də stimullaşdırmaq məqsədilə, illər öncə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradıldı. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu. Cənab İlham Əliyevin gənclərə göstərdiyi dəstək, bu gün də ardıcıl şəkildə davam etməkdədir. Ölkə rəhbərinin atdığı əsas addımlardan biri də, ölkəmizdə ilk dəfə olaraq “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Bəli, bu gün tam əminkliklə deyə bilərik ki, ölkəmizdə gənclər cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici kursu dəstəkləyir və bu siyasəti hər zaman müdafiə edirlər.

Bir faktı da qeyd edək ki, 2012-ci ildən başlayaraq ölkəmizdə hər il Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclər Paytaxtı” internet müsabiqəsi keçirilir və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının əhatə etdiyi dövrdə, hər il ölkəmizin bir rayonu, yaxud da bir şəhəri Azərbaycanın “Gənclər Paytaxtı” elan edilir. Bu il yanvarın 24-dən start götürmüş müsabiqədə ölkəmizin 16 şəhər və rayonu iştirak edirdi. Yeddi gün davam edən müsabiqə yanvarın 30-da başa çatdı. Müsabiqə Masallı və Lənkəran arasında keçirilsə də, son anda Masallı rayonu 40,3 faiz səs toplayıb qalib oldu və 2020-ci ilin “Gənclər Paytaxtı” seçildi. Onu da vurğulayaq ki, “Gənclər Paytaxtı” müsabiqəsi hər il Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclər günü” ərəfsində keçirilir və hansı şəhər, yaxud da rayon qalib olursa, o halda paytaxtın “Rəmzi açarı” həmin şəhərin, yaxud da rayonun rəsmi nümayəndəsinə təqdim olunur.

Bu il Masallı rayonunun “Gənclər Paytaxtı” seçilməsi, həmçinin 2 fevral “Gənclər günü” münasibətilə 70 saylı Masallı Şəhər Seçki Dairəsindən qeydə alınmış bir namizəd olaraq, şəhərin hər bir sakinini, bütövlükdə Azərbaycan gəncliyini ürəkdən təbrik edib, hər kəsə uzun ömür, cansağlığı və işlərində uğurlar arzulayıram.

Əziz gənclər bayramınız mübarək!
Məhşur Məmmədov

70 saylı Masallı Şəhər Seçki Dairəsindən qeydə alınmışnamizəd
Gənclər sabahkı cəmiyyətimizin gələcəyidir.

Son xəbərlər

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

Şəmkirdə 11 nəfər salatdan zəhərləndi

Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

"Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

Bütün xəbərlər