{category-title}

Virtual təbliğat? Xalqın içinə çıxın, xalqdan mandat umanlar!

 

Günay Malikqızı yazır...

Yenidən parlament seçiləcək. Yəni əslində, namizədlər də, adi vətəndaşlar da seçkilərə hazırlaşmalıdır. Seçkilərin bilmirəm, amma sosial şəbəkələr üzərindən ittiham, qaralama kampaniyasının hazırlıqları tam start götürüb. Bu günə kimi can deyib, can eşidənlərin söz “savaşı”ndan yaxşı, reytinq toplayacaq serial çəkmək olar.

Bu, təxminən belə olur. Deməli, X nəfər “Əziz Dostlar!” başlıqlı yazı ilə seçkilərə qatılacağını yazır. Bu postun altında yüz nəfər “Xeyirli olsun!” deyir. Amma o 100 nəfərdən biri başlayır X nəfərə ünvanlanan üstüörtülü, şübhə doğuracaq yazılarla aktivlik göstərməyə. “Sözüm məclisdən kənara” ifadəsi ilə başlayan sosial şəbəkə deyişməsi o qədər iyrənc forma alır ki… 

Hələ eyni dairədən iki namizədin bir-birinə həsr etdikləri dastanlar… Vallah, bizimkilərin elədiklərini görənlər “qara piar” anlayışından utanırlar. Seçki prosesi qarşılıqlı ittihamlar və qaralama kampaniyası aparmadan təsəvvür etməyənlərə demək istərdim ki, bu mümkündür.

Enerjinizi bir-birinizə “gözəl” sözlər deməyə sərf etməkdənsə, seçicilərinizə yönəldin. Hə, öz də qatı açılmamış elə sözlərdən istifadə edirlər ki, adam çaş-baş olur. Çaşqınlıq yaradan bir məqam isə namizədliyi verməyənlərə olan münasibətdir. Nədənsə insanlarda belə bir fikir formalaşıb ki, hamı millət vəkilliyinə namizəd olmalıdır. 

Namizədliyini verməyənlərə qınaq dolu baxışlarla müşayiət olunan sözlər bunun ən yaxşı nümunəsidir. Qardaş, vallah-billah, elə olmur. Bu insanın şəxsi istəyinə, həyata baxışına bağlı bir məsələdir.

Doğrudan da, intelektual, maraqlı, işgüzar, fərasətli və millət üçün dəyərli minlərlə insan var ki, onlar MİLLƏT VƏKİLİ DEYİL, bu barədə düşünmürlər və bəlkə də, inanmayacaqsınız, amma xoşbəxtdir. Axı deputat mandatı olmadan da milləti üçün söz deyən, qayğısına qalan, öz sahəsində əhəmiyyətli iş görən yüzlərlə insan var.

Millət vəkili mandatı xalqı üçün döyünən ürəyin üstündə olanda əhəmiyyətli sənədə çevrilir. Əks halda o, sadəcə, bir kağız parçasıdır. Çox vaxt insanları anlamadığımı sizə demişdim? Deməmişdimsə, indi deyirəm, doğrudan, anlamaqda çətinlik çəkirəm. Kiminsə arxasınca danışmaqdansa, sən də namizədliyini ver. Ya da ki, niyə başqasının millət vəkili olmadığı üçün qınayırsan, lazım deyil, yenə də başqasını qınayınca elə özün namizədliyini ver. 

Yəni sözümün canı odur ki, sosial şəbəkələrdə ona-buna söz atınca, enerjini özünə sərf elə, özünlə barış, özünlə məşğul ol, özünə VƏKİLLİK et!

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Bütün xəbərlər