{category-title}

Tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun kitabı Gürcüstanda nəşr olunub

 

Tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun kitabı Gürcüstanda nəşr olunub.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Yazıçılar Birliyinin dəstəyi ilə “Merani” nəşriyyatı tərəfindən ərsəyə gətirilmiş kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Qəza”, “II İoann”, “Gecə”, “Şənbə gecəsi”, “Uydurma”, “Qu quşu”, “Kirxa”, “Dovşanın ölümü” kimi hekayələri və “Azadlıq” romanı daxil edilib.

Kitabın redaktoru və ön sözünün müəllifi tanınmış şair, “İlya Çavçavadze” mükafatı laureatı, Gürcüstan Yazıçılar Birliyinin sədri Bağater Arabulidir. “Azadlıq” romanını müasir dünya ədəbiyyatının ən uğurlu əsərlərindən biri kimi qiymətləndirən Bağater Arabuli yazır:

“Afaq Məsud Azərbaycanın böyük ədəbi simaları pleyadasının ən layiqli nümayəndələrindəndir. Qonşu xalqın müasir bədii ədəbiyyatını onun parlaq yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil.

Belə deməyə əsas yaradan nədir? Biz onun yazıçı dünyasının zənginlikləri ilə, sözün əsl mənasında, yalnız indi tanış olmağa başlayırıq. Bu fakt isə təəssüf doğurur. Bəli, təəssüf doğurur, çünki on bir hekayə və bir romandan ibarət olan bu kitabın müəllifi böyük yazıçılarla bir sırada dayanan, ədəbiyyatda tamamilə fərqli bir yer tutan monumental bir simadır. O, həyatın bizə təqdim etdiyi ən mürəkkəb mövzulara cəsarətlə girişir və bir qayda olaraq, bu qeyri-bərabər döyüşdən həmişə qalib çıxır. Onun mükəmməl “Can üstdə” və “Sərçələr” hekayələri gürcü oxucusuna yaxşı tanışdır. Həmin əsərlər “Siskari”, “Mserlis qazeti” və “Sxivi” dərgilərində çap olunmuşdur.

Bu əsərlərdən heç biri nə süjet, nə fabula, nə də mövzu baxımından bir-birinə bənzəmir. Amma onları birləşdirən bir şey var: bu, dövrün nəbzi, zamanın nəfəsidir, amansız zamanın nəfəsi”.

Kitabı gürcü dilinə İmir Məmmədli tərcümə edib.

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Bütün xəbərlər