Türkiyədə yenidən zəlzələ baş verib
Türkiyənin Van vilayətində 3,5 bal gücündə zəlzələ baş verib.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 01:44-də qeydə alınıb.
Yeraltı təkanların episentri Başkale rayonunda, ocağı isə 7,2 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.