{category-title}

Gündəm / Dünya
26.08.2019, 09:28
Türkiyədə 3,5 bal gücündə zəlzələ olub
Ankarada yerli vaxtla saat 21:42-də 3,5 bal gücündə zəlzələ baş verib.
APA Türkiyə KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Yenimahalle rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Çankaya, Altındağ və Keçioren rayonlarında da hiss edilib.