{category-title}
Gündəm / Olkə
22.08.2019, 10:18
Azərbaycanda 4 bal gücündə zəlzələ olub
Daşkəsən rayonunda zəlzələ olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, təbiət hadisəsi, təxminən, 1-2 dəqiqə davam edib.
Zəlzələ Daşkəsəndə və ətraf rayonlarda hiss olunub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a bildirilib ki, iilkin məlumatlara əsasən yerli vaxtla saat 09:41-də Gəncə stansiyasindan 41 km cənub-şərqdə Goranboy ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.