{category-title}

Ermənsitanın arzusu "ürəyində qalır" - Ermənilər QIŞDA DONACAQ

 

 

İrəvan toplantısı deyilənləri təkrarladı.

Redaktor.az bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzi Avrasiya İqtisadi Birliyinin 5-ci zirvə toplantısında baş verənləri təhlil edib. Təhlildə bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu tədbirdən şəxsi reklamı üçün maksimum istifadə etməyə çalışdı, hətta bu məqsədlə həmkarları ilə harda gəldi selfi çəkdirdi:

“Bir neçə gün keçəcək və İrəvan görüşünün nəticələri unudulacaq. Sinqapur Avrasiya İqtisadi Birliyinə üzv ölkələrdən uzaq məsafədə yerləşir və bu ölkə ilə iqtisadi əmkdaşlığın səmərəliliyi şübhə doğurur. Elə üzv ölkələr arasında da ticarət mübadiləsində problemlə mövcuddur. Misal üçün, Qazaxıstanın 2019-cu ildə Avrasiya İqtisadi Birliyinə ixrac etdiyi məhsulların həcmi 6 faiz azalıb. Ermənistanın Sinqapurdan nə alıb, nə satacağı özlərinə də bəlli deyil. Təsadüfi deyil ki, üzv ölkələr təşkilatın genişlədirilməsiylə bağlı da ortaq qərara gələ bilməyiblər. Yeganə o deyildi ki, Avrasiya İqtisadi Birliyi müxtəlif beynəlxalq təşkilat və dövlətlərlə əməkdaşlıq edəcək, azad iqtisadi zonaların yaradılmasına çalışacaq. Bu da hər il səsləndirilən fikirdir”.

Təhlildə qeyd olunub ki, ABŞ İrana qarşı sanksiyalarını sərtləşdirir:

“Ona görə də iqtisadi problemlərlə üzləşən Tehran üçün vacibdir ki, sanksiya halqasını yarsın. Bunun üçün Tehran istənilən istiqamətdən gələn əməkdaşlıq təkliflərini dəyərləndirməyə çalışır. Ona görə də İran prezidenti Həsən Ruhani Nikol Paşinyanın Avrasiya İqtisadi Birliyinin toplantısına qatılmaq təklfindən istifadə etmək qərarını verdi və İrəvana getdi. Həsən Ruhani ikitərəfli görüşlərdə müxtəlif regional layihələrdən danışdı. Paşinyanın özü İran körfəzi ilə Qara dəniz hövzəsini birləşdirən dəmiryolu layihəsini irəli sürdü. Bunlar da illərdir səslənən təkliflərdir. Bu təklifləri reallaşdırmaq üçün Ermənistanın pulu yoxdur. İrəvan bu təklifləri illərdir səsləndirir ki, kimsə onun əvəzinə milyardlarla dollar xərcləyərək yollar tiksin, infrastruktur yaratsın və bundan Ermənistan qazanc əldə etsin. Buna heç Ermənistanın tərəfdaşları Rusiya və İran razılaşmaz. Ermənistandan keçən dəmir və nəqliyyat yollarının çəkilişinə və infrastrukturun yaradılmasına İran, Rusiya və Avropa İttifaqı o vaxt razılaşar və milyardlar xərləcəyər ki, həmin layihələrin uzunömürlü və faydalı olacağına əmin olsunlar. Buna isə əminlik yoxdur. Elə ona görə də Ermənistan regional layihələrdə iştirakıyla bağlı arzu və istəklərini illərdir reallaşdıra bilmir”.

Təhlildə Avrasiya İqtisadi Birliyi çərçivəsində keçirilən ikitərəfli görüşlərə də toxunulub:

“Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanla görüşündə təşkilatın gələcək planlarından danışdı. Hər cümləsində Rusiyanı Ermənistanın strateji tərəfdaşı adlandıran Nikol Paşinyan üçün Putinlə bir neçə dəqiqəlik görüşün özü kiçik uğur sayıla bilər. Birincisi, bu Rusiya prezidentinin Paşinyan hakimiyyətə gəldiyi gündən Ermənistana ilk səfəri idi. Ancaq bu, xüsusi bir səfər deyildi, təşkilatın toplantısına qatılmaq mahiyyəti daşıyırdı. İkincisi, zirvə toplantısından əvvəl yayılan xəbərlərdə Putinin İrəvana səfərinin bir neçə saat çəkəcəyi və Paşinyanla ikitərəfli görüş keçirməyəcəyi bildirilirdi. Putin Paşinyanla görüşdən imtina etmədi. Buna görə də Paşinyan ölkə daxilindəki rəqiblərinə dil göstərib “mən deyən oldu” sözləriylə qısa müddətə fəxr edə bilər. Qısa müddətə ona görə ki, Putinin Paşinyana münasibəti dəyişməyib. Paşinyan əvvəlkitək Putinin dostu eks-prezident Robert Köçəryanı həbsdə saxlayır. Bu isə Kreml sahibini narahat etməyə bilməz. Digər tərəfdən İrəvanın istəyinə baxmayaraq Rusiya Ermənistana satdığı qazın qiymətini ucuzlaşdırmaq istəmir. Qış aylarında ucuzlaşmayan qaz Ermənistan üçün böyük maliyyə yükünə çevriləcək.

Putin İrəvanda Həsən Ruhani ilə də görüşdü. İki lider Suriya mövzusunu müzakirə etdilər. Ruhani BMT Baş Assambleyasında səsləndirdiyi təklifi Putinə də xatırlatdı. Ruhani Hörmuz boğazı ətrafında sahil dövlətləri ilə birgə “ümid koalisiyası” adında təhlükəsizlik bölgəsi yaratmaq istəyir. Bu çərçivədə sahil dövlətlərinə əməkdaşlıq edərək boğazda gəmilərin azad hərəkətini təmin etmələri təklif olunur. Ruhani çox istəyir ki, rusiyalı həmkarı bu təklifə dəstək versin. Əlbəttə, Rusiya Suriya mövzusunda Tehranla əməkdaşlıq edir və ABŞ-ın İrana qarşı sanksiyalarını pisləyir. Ancaq bu o demək deyil ki, Kreml Tehranın regional siyasi layihələrində yer almağa hazırdır. Kreml İrana görə ərəb dövlətləri, o cümlədən ABŞ ilə münasibətləri daha da gərginləşdirmək istəmir. Rusiya Hörmüz boğazındakı ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə də normal münasibətlərinə davam etmək istəyir. Bu ölkələr isə Tehranın boğazda “ümid koalisiyası” təklifinin əleyhinədirlər”.

Xatırladaq ki, İrəvanda Avrasiya İqtisadi Birliyinin 5-ci zirvə toplantısı keçirilib.

Son xəbərlər

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bütün xəbərlər