{category-title}

Uşaqlar niyə barmaq üstündə gəzirlər? – Təhlükə çox yaxındadır

 

 

Son zamanlar uşaqlar arasında pəncə, barmaq uclarında gəzmələr artıb. Bu bəzən müəyyən yaşdan sonra düzəlsə də, bəzi hallarda uşaqlarda vərdiş halına çevrilir.

Görəsən, bunun səbəbi nədir? 

Oxu.Az-ın suallarını pediatr Günay Rəsulova cavablandırıb.

Onun sözlərinə görə, dünya üzrə uşaqlarda qeydə alınan travmaların 80-90 faizi “gəzdirici”lərdən qaynaqlanır:

“Təzə-təzə yeriməyə başlayan uşaqlarda bu funksional hal xəstəlik, qüsur kimi xarakterizə edilmir. Lakin bəzən bunun səbəbi valideynlərin uşaqları vaxtından erkən “gəzdirici”lərə qoyması olur. Uşaqların ayaqları tam olaraq yerə çatmadığından barmaq uclarında hərəkət edirlər, bu da onlarda vərdiş formasına çevrilir.

Təbii ki, bu ziyandır. Körpə uşaqların barmaq uclarında gəzməsi ilə “gəzdirici”yə qoyulan uşaqlarda yaranan problem arasında fərq var. Birinci məqam funksional olaraq müəyyən yaşdan sonra keçir, ikinci isə vərdiş formasında qala bilər. Məsləhətdir ki, uşaqları 10 ayından tez “gəzdirici”yə qoymasınlar. Dünya üzrə uşaqlarda qeydə alınan travmaların 80-90 faizi məhz “gəzdirici”lər səbəbindən olur”.

Pediatr onu da əlavə edib ki, valideynər uşaqlarda pəncənin formalaşma dövründə diqqətli olmalıdırlar:

“Uşaqlarda ilk üç yaş pəncənin formalaşma dövrü sayılır. Bəzən dəb, gözəl görünüş üçün valideynlər uşaqlara sərt, bəzəkli ayaqqabılar geyindirməkllə, səhvə yol verirlər. Biz həmin dövrdə uşaqlara yalnız yumşaq ayaqqabıların geyindirilməsini tövsiyə edirik. Sərt ayaqqabılar uşağın pəncəsini sıxır və normal formalaşmasına mane olur. 

Bundan başqa, valideynlər 6-7 aylıq  uşaqları ya əllərindən tutub gəzdirirlər, ya da “gəzdirici”yə qoyurlar. Bu zaman bədənin bütün ağırlığı ayaqların üzərinə düşür. Uşaqları vaxtından əvvəl yeritmək ayaqlarında əyriliyin yaranmasına gətirib çıxarır. Hər bir uşaq fərqlidir. Normal uşağın ən gec 1 yaş 5 ayına qədər yeriməsi normal hesab edilir”.

G.Rəsulova uşaqların ilk 3-4 aylıq olanda çanaq müayinəsinə gətirilməsinin vacibliyini vurğulayıb:

“Normalda bir çox uşaq yeriməyə başlayanda ayaqlarında x-vari, ovalvari əyriliklər müşahidə edilir. Lakin bu raxitlik və müxtəlif ortopedik problemlərdən fərqlənir. Bəzən bu əyrilik zamanla düzəlir. Amma bir qayda olaraq valideynlər uşaqları ilk 3-4 ayda çanaq müayinəsinə aparmalıdır.

Əgər uşaqda anadangəlmə çıxıq varsa, bunu erkən vaxtda müalicə ilə aradan qaldırmaq olur. Əks halda bu problem özünü axsaqlıq və hər hansı bir oynaq problemi ilə büruzə verəcək. Problemin gec aşkarlanması isə uşaqları cərrahi əməliyyatlara qədər aparıb çıxara bilər”.

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər