{category-title}

Bərdədə xəstəxanaya atılan azyaşlı uşaqların atası tapılıb

 

Bərdə rayonunda xəstəxanaya atılan azyaşlı uşaqların valideyni tapılıb.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. 

O bildirib ki, iyulun 22-də axşam saatlarında yaşlı kişi və qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına iki azyaşlı uşaq gətiriblər: "Onlar növbətçi həkimə deyiblər ki, guya uşaqları tapıblar və yazıqları gəldiyinə görə xəstəxanaya gətiriblər. Həkim də bildirib ki, məsələni rəhbərliyə məruzə etməlidir. Növbətçi həkim baş həkimin yanından qayıdanda görüb ki, həmin şəxslər uşaqları xəstəxanada ataraq gediblər".    

P.Abubəkirovun sözlərinə görə, məsələ ilə bağlı araşdırma aparılıb və uşaqları xəstəxanaya gətirən yaşlı kişi və qadının onların ana babası və nənəsi olduğu məlum olub: “Ailədə münaqişə olub. Onlar da nəvələrini xəstəxanaya gətirərək növbətçi həkimə onları tapdıqlarını deyiblər". 

Nazirlik rəsmisi vurğulayıb ki, dərhal aidiyyəti üzrə məlumat verilib, uşaqlar üçün ayrıca palata ayrılaraq müayinə ediliblər və səhhətlərində hər şey qaydasındadır.

O əlavə edib ki, araşdırmalardan sonra uşaqların atası tapılıb: “Ata deyib ki, uşaqlarıma sahib çıxıram. Hazırda sənədləşmə işləri gedir və çox güman ki, onlar atalarına təhvil veriləcək”.

Qeyd edək ki, hadisə ötən gün axşam saat 21.00 radələrində baş verib. Uşaqlardan biri 9 yaşında, digəri isə altı aylıqdır. 

Son xəbərlər

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Bütün xəbərlər