{category-title}

Yaddaşsızlıq problemi bütün zamanlarda yaşanıb. Amma hazırda demək olar ki, bütün dünyada daha da yayğın hal alıb.

 

Təsadüfi deyil ki, həm özümüz, həm də ətrafdakılardan tez-tez bu cür cümlələr eşidirik - “Əlimdəki qələmi hara qoymuşamsa, tapa bilmirəm”, “Səhər nə yediyim yadımdan çıxıb”, “Açarları qoyduğum yeri unutmuşam”, “Yaddaşım yaman zəifləyib” və sair. Bəzən hətta telefon, yaxud başqa əşya əlimizdə ola-ola onu başqa yerlərdə axtarırıq.

 

Bəs bu cür halların yaranmasına nə səbəb olur? Niyə bir zamanlar qocalarda rastlanan yaddaş pozğunluğuna indi gənclərdə, hətta uşaqlarda belə, rast gələ bilirik?

 

Psixoterapevt Elmir Əkbər Modern.az-a açıqlamasında bildirib ki, yaddaşsızlıq probleminin kökündə çox vaxt diqqətsizlik dayanır.

 

“Çox təəssüf ki, insanların maarif dərəcəsi çox aşağı olduğundan, onlar yaddaşla diqqəti qarışdırırlar. Məlumatı, yaxud hər hansı  bir şeyi diqqətlə yerinə yetirmir ki, sonra da yadına sala bilsin. Məsələn, kimsə birisinə nəsə söz deyir, ancaq həmin adam özündə deyil, çünki fikri onda olmur. Əsas vacib səbəblərdən biri də depressiyadır. Düzdür, bu həqiqi yaddaş  problemi deyil, ancaq yaddaşsızlığa  birbaşa təsir edən amillərdən biri hesab olunur. Həmçinin,   nevroloji sıxıntı da bu problemin kökündə dayanır. Bu problemi psixoterapiya ilə, konsultasiyalar ilə aradan qaldırmaq mümkündür”.

 

Elmir Əkbər qeyd edib ki, psixoloji tərəfdən yanaşsaq müasir cəmiyyətdə gənc insanların yaddaş probleminin əsas səbəblərindən biri gününü düzgün strukturlaşdıra bilməməsidir.

 

“ İnsanın psixoloji proqramı şüuru düzgün tənzimləmir. Bunun üçün psixoterapevtlər tərəfindən  müxtəlif təlimlər keçirilir. Hansı ki, orda iştirak edənlər psixoloji enerjisini, fəaliyyətini düzgün şəkildə tənzimləyir. Əsl yaddaş problemi beyinin damar xəstəlikləri, beyin atrofiyası organik xəstəliklərdə özünü göstərir. Bu isə çox az hallarda rast gəlinən bir məsələdir, adətən yaşlı insanlarda olur.

 

Bundan əlavə, yaddaş sferasının özünün problemləri var. Yaddaşın özünün həqiqi yaddaş pozulması var. Məsələn, Ribo qanunu var ki, çox yaşlı insanlarda sanki  kitabın vərəqləri bu gündən dünənə doğru vərəqlənir. Əvvəlcə ən isti məlumatlar yaddan çıxır, nə baş verdiyini belə yadına sala bilmir. Soruşursan: “səhər nə yemişdin?”,  yadına düşmür, ancaq sual ver ki, 50 il bundan qabaq toyunda nələr olmuşdu, necə paltar geyinmişdin? Bunları bir- bir danışacaq. Əvvəlcə təzə olan hadisələr yaddan çıxır, sonra yavaş-yavaş keçmişə doğru gedir. Bu hal yaddaşın  Ribo qanunu üzrə pozulmasıdır”.

 

Elmir Əkbər məsləhət görür ki, kimsə yaddaşsızlıqla bağlı nələrisə hiss edirsə, həkim psixoterapevtə müraciət etsin.

 

“Yaddaşsızlığın dərəcəsi müəyyənləşdirməlidir. Əgər lazım gələrsə dərman yaza bilər. Deyirlər ki, möcüzəvi dərmanlar var, iç yaddaşın güclənəcək. Bu düzgün deyil. Çox cüzi sayda dərman var ki, onların adlarını biz özümüz açıqlamırıq. Ona görə ki, insanlar ondan sui-istifadə edirlər. Çünki onu düzgün istifadə etməyəndə narkotik aslılıq yaradır. Ancaq elə adi dərmanlar var ki, onu istifadə edirlər və o yaddaşa təsir etmir, sadəcə beyini qidalandarır”.

Son xəbərlər

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB

FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib

"Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir

Milli Məclisin deputatı İranda səfərdədir

Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO

Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

Bütün xəbərlər