{category-title}

Aysel həyatının başqa mərhələsindədir

 

“İşlərimin qarşılığını maddi olaraq 10 ballıq sistemlə götürsək, 10 deyil. Amma keyfiyyətli musiqiyə qulaq asanlar çoxalır. Ona görə də qonorarımdan razıyam”.

Bu sözləri Axşam.az-a açıqlamasında “Eurovision 2018” təmsilçimiz Aysel Məmmədova (AISEL) deyib.

Hazırda iki festivalda çıxışa hazırlaşan sənətçi yeni mahnılarının kommersiya xarakterli olduğunu söyləyib:

“İndi rus dilində oxuyacağım mahnılar o qədər də, alternativ və eksperimental musiqi deyil ki, heç kim başa düşməsin”.

İfaçı festivallara hazırlıq prosesindən də söz açıb:

“Bütün günü həm “Jara”ya, həm də “Yeni dalğa”ya hazırlaşırıq. Çox yorulmuşuq. İki tədbir bir-birinə qarışıb. Artıq rəqs etməyə başlamışam. Hər gün rəqs edirəm. “Yeni dalğa”da üç, “Jara”da bir mahnı oxuyacam. “Jara”da oxuduğum mahnının musiqisi mənə aiddir”.

Aysel həyatının başqa mərhələsindədir

AISEL sənəti ilə bağlı radikal dəyişiklik edib:

“Bundan sonra ancaq öz mahnılarımı ifa edəcəm. Həmişə buna çalışmışam. Başqalarından oxuduqlarım sadəcə “cover”lar idi. Onları da sonlandırmışam. Düşünürəm ki, həyatımın başqa mərhələsindəyəm. “Cover” oxumaq lazım deyil. “Eurovision” istisna olmaqla, indiyədək özüm musiqi yazmışam, ifa etmişəm. Yaza bilirəmsə, başqasının mahnısını niyə oxuyum? Bunun mənası yoxdur. Çünki əlimlə və ürəyimlə toxunduğum mahnılarda özümü daha yaxşı hiss edirəm”.

Müğənni klip çəkdirmək istəyi barədə də danışıb:

“Klip çəkdirmək istəsəm də, buna vaxtım yoxdur. Bəlkə yayın sonunda çəkdirərəm”.

Aysel həyatının başqa mərhələsindədir

Son xəbərlər

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

Bütün xəbərlər