{category-title}

"Məmmədyarov Mnatsakanyanla görüşməməlidir" - T.Zülfüqarov SƏBƏBLƏRİ AÇIQLADI

 

 

“İndiki şəraitdə görüşləri davam etdirməyin Azərbaycan üçün heç bir faydası yoxdur”.

Azərbaycanın keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Redaktor.az-a açıqlamasında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Azərbaycanla bağlı son açıqlamalarına münasibət bildirib.

T. Zülfüqarov hesab edir ki, artıq Paşinyanın Xankəndidəki mitinqdə səsləndirdiyi bəyanatlarından sonra danışıqlar üçün heç bir əsas qalmayıb:

“İmitasiya xarakterli danışıqlar aparmağın Azərbaycana heç bir faydası yoxdur. Amma eyni zamanda hiss olunur ki, bu bəyanatlardan kənarda hansısa maraqlar mövcuddur. Bu maraqları Mnatsakanyan ifadə edir. O da  öz çıxışında bəzi tezisləri səsləndirir. Bununla o, danışıqlara hazır olduğunu bu və ya digər şəkildə göstərmək istəyir. İstisna olunmur ki, Mnatsakanyan özünü Paşinyandan qabaq mövcud olan prinsiplər əsasında görüşlər keçirmək niyyətində olduğunu göstərməyə çalışır”.

T. Zülfüqarov ermənilərin danışıqların davam etdirilməsində niyə bu qədər maraqlı olmasının səbəblərinə də aydınlıq gətirib:

“Oktyabr ayında Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfəri gözlənilir. İrəvanda Avrasiya Ali İqtisadi Şurasının iclası çərçivəsində Putinin Ermənistana səfəri Paşinyan üçün çox vacibdir. İkitərəfli olmasa da, çoxtərəfli formatda keçirilən görüşlərdə bir çox məsələlərin müzakirəsi həyata keçiriləcək. Bu gün Rusiya-Ermənistan və Putin-Paşinyan əlaqələri heç də yüksək səviyyədə deyil. Bunu yaxşı anlayırıq. Putin öz hərəkətləri ilə dəfələrlə Paşinyanı qəbul etmədiyini göstərib. Eyni zamanda da Paşinyan demokratiya görüntüsü yaratmaq üçün Köçəryanı həbsdə saxlayır, Sərkisyanı təqib etdirir. Bu onu göstərir ki, o, Putinə əyilmək istəmir. Bu səfər Paşinyan üçün ikitərəfli məsələlərin müzakirəsi və həlli üçün olduqca vacibdir. Paşinyanın verdiyi bəyanatlara baxmayaraq, səfər çərçivəsində Qarabağ mövzusunu müzakirələrə qatmamaq üçün elə görüntü yaratmağa çalışırlar ki, guya Azərbaycanla danışıqlar davam etdirilir. Buna görə də Mnatsakanyan kiminsə təşəbbüsü ilə Elmar Məmmədyarovla növbəti görüşün keçirilməsində maraqlıdır. Bu görüş BMT-nin Baş Assambleyanın illik toplantısında baş tuta bilər. Bu proseslərin hamısı danışıqların öz axarı ilə davam etdirilməsini göstərmək məqsədi ilə ediləcək. Onlar üçün Putinin səfəri ərəfəsində bu görüşü təşkil etmək çox vacibdir”.

Sabiq XİN rəhbəri vurğulayıb ki, Azərbaycan tərəfi bu görüşə qatılmalı deyil:

“Əlbəttə, Azərbaycanın imitasiya xarakterli görüşlərə qatılması Paşinyanın mövcud bəyanatlarının üstündən keçmək, qəbul etmək və görüşləri davam etmək kimi anlaşılacaq. Azərbaycan bu addımı atsa, uduzacaq. İstənilən halda Paşinyanın birləşmə çağırışından sonra bu görüşə qatılmaq olmaz. Çünki Paşinyan səsləndirdiyi bəyanatları təkzib etməyib, onlardan imtina etməyib. İkincisi, Nikolun bəyanatlarından sonra Azərbaycan bu görüşlərə qatılmazsa, Putin-Paşinyan görüşündə Qarabağ mövzusunun müzakirəsinin aparılması labüd olacaq. Düzgün məntiq budur. İndiki mərhələdə Azərbaycan tərəfi olaylara ciddi siyasi qiymət verərkən, Paşinyanın növcud bəyanatlarının danışıqları davam etdirməyi mümkünsüz etdiyini vurğulamalıdır. Bu bəyanatdan Paşinyan rəsmi olaraq imtina etməsə, Azərbaycan növbəti görüşlərə qatılmamalıdır. Bir sözlə, Azərbaycan ciddi şəkildə öz mövqeyini ortaya qoymalıdır. Bunun üçün əlimizdə hər bir siyasi əsas var. Təbliğati baxımdan da biz bu faktdan düzgün istifadə etməliyik. Bir daha deyirəm, bu görüş Azərbaycanın xeyrinə olmaz. Bunu birmənalı başa düşməliyik”.

Son xəbərlər

Bazar günü Bakıda 33 dərəcə isti olacaq

“Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb

Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib

Küveytdə İranın zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma zavodu yanıb

İranın hücumlarına görə Küveyt aeroportunda bütün uçuşlar dayandırılıb

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb

BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb

Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

Bütün xəbərlər