{category-title}

Sahil Babayevin özünüməşğulluq yalanı... - GİLEY

 

 

Bakı şəhər Nizami rayon sakini Vüsal Muradov iddia edir ki, özünüməşğulluq proqramına qoşulsa da 1 il 3 aydır ki, ona vəd edilən ləvazimatları ala bilmir və o işsizdir.

Yeniavaz.com-a bu barədə açıqlama verən V. Muradov bildirir ki, bu layihəyə qoşulmaqda məqsədi işləmək üçün dövlətdən dəstək almaq olub:

"2018-ci ilin aprelində 1 aylıq kurs keçdilər. Biznes plan tərtibatını öyrətdilər. Kurs yekunlaşdı, sonda biznes plan yazdım. Planda mənə fəaliyyət üçün 2 ləvazimat – fotokamera “Canon D 800”, həmin vaxt qiyməti 1600 manat idi, bir də foto-video montaj işlərini görmək üçün noutbuk – “Lenovo Y 520” qiyməti həmin dövrdə 2200 manat idi, alınmasını yazdım. Əslində mənə daha professional ləvazımatlar lazım idi. Kursda bizə biznes-planın ümumi məbləğinin 3 min 800 manata qədər ola biləcəyini demişdilər. Yəni bu məbləğ civarında ləvazımat alına bilərdi. Ona görə həmin məbləğə ən uyğun ləvazımatları yazdım. Qeyd etdiyim ləvazımatlar mənim ortabab fəaliyyətim üçün bəs edirdi, ona görə də biznes planda bu ləvazımatları yazdım. Əslində isə daha professional ləvazımatlara ehtiyacım var. Düşündüm ki, bu ləvazımatlarla pul qazanıb özümə daha professional ləvazımatlar alaram".

Vətəndaş iddia edir ki, ona sonradan təklif edilən ləvazimatlar isə planda göstəriləndan daha ucuz və keyfiyyətsiz olub:

"2018-ci ilin aprelində biznes-planı təqdim edəndən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Bakı Şəhər Məşğulluq İdarəsində oldum “Biznes planı təqdim etdiyimdən düz 8 ay sonra, 2019-cu ilin yanvarında məni Dərnəgül qəsəbəsindəki Məşğulluq Mərkəzinə çağırdılar. Ortaya bir müqavilə qoydular. Özümə də işimə tam yararsız ləvazımatlar - “Canon D 800” əvəzinə “Canon D 400”, hanısının ki, qiyməti 750 manatdır, bir də “Lenovo Y 520” əvəzinə 800-1000 manat arası qiyməti olan “Lenovo” noutbuku vermək istəyirdilər. Dedim ki, bu ləvazımatlar mənim işimə yaramır. Kameranın göstəriciləri normal çəkilişə imkan vermir, təqdim etdikləri noutbukda çəkdiklərimi də montaj edə bilməyəcəyəm. Çünki montaj proqramları həmin noutbukda işləmir. Mənə həmin ləvazımatları biznes planda yazdığım ləvazımatların qiymətinə, onların adı ilə vermək istəyirdilər. Müqaviləni imzalamağımı istəyirdilər. Biznes Planda mənə “Canon D 800”, “Lenovo Y 520” təqdim olunduğu yazılsa da, müqavilədə isə qiymətindən qat-qat ucuz, reallıqda mənim işimə yaramayan ləvazımatları vermək istəyirdilər. Lakin mən həmin müqaviləni imzalamaqdan imtina etdim. Sənədlərlə mənə 3 min 800 manatlıq, reallıqda isə 1750 manatlıq ləvazımat veriləcəkdi. İsrar elədilər, müqaviləni imzalamadım, ləvazımatı da götürmədim. Bundan sonra bir neçə şikayət məktubu yazdıqdan sonra qeyri-rəsmi dedilər ki, götür, apar sat”.

V. Muradov bildirir ki, məsələnin həlli üçün bəzi vəzifəli şəxslərin də qəbulunda olub:

"Nazirdən başqa hamısının, nazir müavininin, Məşğulluq Xidmətinin rəisinin qəbulunda oldum. O mənə vəd etdi ki, problemin həll ediləcək. Mart ayında onun qəbulunda olmuşam, bu günə qədər də mənə ləvazımat vermirlər. Süründürməçiliklə üzləşirəm. Bakı Şəhər Məşğulluq Xidmətinin rəis müavini Fatimə Ələkbərovanın da qəbulunda olmuşam. Sadəcə vəd verirlər. Mən ailəli olmuşam. Maddi sıxıntılar ucbatından ailəm dağılıb. Nazirlikdəki məmurlar get-gələ salmaqla ailəli insanları çıxılmaz duruma salırlar. Dövlət bu proqramı vətəndaşların özünüməşğulluğunu təmin etmək üçün həyata keçirir. Əgər normal şərtlətlə bu proqram həyata keçsə, xeyli vətəndaşın işsizlik problemindən qurtula bilər. İstəyim, tələbim mənə işsizlik probleminin həll olunması üçün uyğun ləvazımatların verilməsidir. Ümid edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələni nəzarətə götürüb tez bir zamanda mənə qarşı süründürməçiliyə son qoyacaq".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə müraciət etdik. Qurumdan Yeniavaz.com-a verilən məlumatda bildirilir ki, sözügedən şəxs Dövlət Məşğulluq Xidməti tərəfindən Vüsal Muradova istədiyi modeldə fotoaparat və çap avadanlıqları alınıb veriləcək:

"Sorğunuza cavab olaraq bildiririk ki, Bakının Nizami rayon sakini Vüsal Qurban oğlu Muradov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən hələ 2016-ci ildə işsizlik müavinəti, 2017-2018-ci illərdə müxtəlif müəssisələrdə satıcı-nəzarətçi və nəzarətçi vəzifələrində işlə təmin edilib. 2018-ci ildə Dövlət Məşğulluq Xidmətinin Bakı Regional Peşə Tədris Mərkəzində ingilis dili kursuna cəlb olunub. Həmçinin ötən il V.Muradov özünüməşğulluq proqramına cəlb edilib. Dövlət Məşğulluq Xidməti tərəfindən proqram iştirakçılarına aktivlər (mal və materiallar) verilən zaman onların məmnunluğu əsas kimi götürülür və verilən aktivlər vətəndaşı qane etmədiyi təqdirdə yenisi ilə əvəz edilir. V.Muradova biznes-planına uyğun şəkildə foto xidməti üzrə kiçik biznesini qurmaq üçün müvafiq avadanlıqlar təqdim edilərkən, o, başqa modeldə avadanlıqlar istədiyini bildirib. Onun bu istəyi nəzərə alınıb və yaxın vaxtlarda yeni tender elan edilməklə, onun üçün istədiyi modeldə fotoaparat və çap avadanlıqları alınıb veriləcəkdir. Bununla bağlı heç bir problem yoxdur".

Dövlət Məşğulluq Xidmətinin mətbuat xidmətindən bildirilib ki, mal və materiallar təqdim edilən zaman foto və video materiallar çəkilir:

"Verilən aktivlərin keyfiyyəti məsələsinə gəldikdə isə, bildiririk ki, verilən aktivlərin keyfiyyətinə dair arayışlar tərtib edilir. Həmçinin mal və materiallar təqdim edilən zaman foto və video materiallar çəkilir və vətəndaşın verilən aktivlərdən razılığını öz imzası ilə təsdiq etdiyi aktlar hazırlanır".

Qurumdan bildirilib ki, yaxın zamanda Məşğulluq Alt Sistemi istifadəyə veriləcək:

"Alt sistemdə özünüməşğulluq proqramı iştirakmılarının şəxsi kabineti olacaq. İştirakçıya dair kabinetdə onun özünüməşğulluq proqramına müraciət etməsi və proqrama qəbulu, proqram çərçivəsində təlim kursu keçməsi, müdafiə etdiyi biznes-plan barədə məlumatlar yer alacaq. Proqram iştirakçısına biznes-planına uyğun şəkildə aktivlərin təqdim edilməsi prosesini əks etdirən məlumatlar, aktivləri qəbul etməsini və verilən aktivlərdən razılığını öz imzası ilə təsdiq etdiyi aktlar da orada yerləşdiriləcək. Həmçinin aktivlərin keyfiyyətini təsdiqləyən sənədlər (o cümlədən verilən mal-qaranın sağlamlıq vəziyyətinə dair baytarlıq arayışları), iştirakçının aktivləri qəbul edərkən öz razılığı ilə çəkilmiş video, foto materiallar da “Məşğulluq” altsistemindəki kabinetdə əksini tapacaq. Hər bir proqram iştirakçısının şəxsi kabinetinin ictimai açıqlığı təmin olunacaq".
 

Son xəbərlər

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Azərbaycan neftinin qiyməti 95 dolları keçib

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq

Rusiyanın Gelencik şəhərində dron təhlükəsi: şəhərin bütün çimərlikləri bağlanıb

Bütün xəbərlər