{category-title}

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm


İsrailin kəşfiyyat xidməti Mossad-ın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo uranın zənginləşdirilməsi obyektinə əvvəllər bir neçə dəfə baş çəkdiyini açıqlayıb.

Y.Kohen bu barədə Səfad şəhərində keçirilən Qalileya Forumunda çıxışı zamanı danışıb.

“Obyekti anlamaq məqsədilə Fordo nüvə obyektinə dəfələrlə baş çəkmişik” deyən Kohen səfərlərin nə vaxt baş tutduğunu və obyektə konkret olaraq kimlərin getdiyini açıqlamayıb.

“Amerikalıların oranı bombalaması bütün arzularımın gerçəkləşməsi idi”, – Mossad-ın keçmiş rəhbəri əlavə edib.

Qeyd edək ki, Fordo nüvə obyekti, eləcə də İsfahan və Natanzdakı nüvə müəssisələri 2025-ci ilin iyununda İsrail və İran arasında 12 gün davam edən müharibə zamanı ABŞ-ın endirdiyi zərbələr nəticəsində ciddi zərər görüb.

Məlumatlara görə, həmin obyektlərdə saxlanılan 440 kiloqram yüksək zənginləşdirilmiş uran basdırılıb. İsrail isə hesab edir ki, İran müharibədən sonra uranın bir hissəsini “Pickaxe Mountain” adlı əraziyə köçürüb.

Kohen həmçinin 60 faiz zənginləşdirilmiş uranın hələ nüvə silahının hazırlanması üçün kifayət etmədiyini bildirib. Onun bu fikri 60 faiz zənginləşdirilmiş uranın silah səviyyəsinə çatdırılmasının hətta bir neçə həftə və ya gün ərzində mümkün ola biləcəyini deyən bəzi ekspertlərin mövqeyi ilə ziddiyyət təşkil edir.

Yossi Kohen daha əvvəl də Mossad-ın İrana qarşı fəaliyyəti barədə açıq şəkildə danışıb.

O, 2021-ci ildə Mossad rəhbəri vəzifəsindən ayrıldıqdan bir neçə gün sonra İsrail televiziyasına verdiyi müsahibədə qurumun İrana qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı bir sıra detalları açıqlayıb.

Kohen Mossad-ın Natanzdakı yeraltı sentrifuqa obyektini partlatdığını bildirib. O, həmçinin 2018-ci ildə Mossad-ın Tehrandakı anbarda saxlanılan İranın nüvə arxivini oğurladığı əməliyyat barədə dəqiq məlumatlar verib.

Mossad- keçmiş rəhbəri İranın öldürülmüş nüvə alimi Möhsün Fəxrizadənin də uzun illər hədəfdə olduğunu təsdiqləyib və İran hakimiyyətinin İsrailin ölkənin nüvə silahına sahib olmasına imkan verməmək barədə verdiyi vədlərin anlamalı olduğunu deyib.

Kohen “Uvda” (“Fakt”) adlı sənədli televiziya proqramında çıxışı zamanı İranın müxtəlif nüvə obyektləri barədə yaxşı məlumatlı olduğunu nümayiş etdirib.

Son xəbərlər

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Bütün xəbərlər