{category-title}

Sahil Babayevin rəhbərlik etdiyi nazirliklə bağlı DAHA BİR ŞİKAYƏT VAR - VİDEO

 

 

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası ilə bağlı daha bir şikayət var.

Unikal.org-a müraciət edən Sumqayıt şəhər sakini Elvin Vəliyev Dövlət Məşğulluq Xidmətinin vətəndaşlara ucuz və lazımsız avadanlıqlar verdiyini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu proqram üzərində oyun qurduğunu iddia edir:

"Bir başa Dövlət Məşğulluq Xidməti bu proqram vasitəsi ilə külli miqdarda vəsait mənimsəyir. Özünüməşğulluq proqramı çərçivəsində keçirilən təlimlərə qoşuldum.Təlimdə hər kəs özünə uyğun biznes layihə təqdim edib, müdafiə etməli idi.Layihədə müəyyən avadanlıqlar var.Kim hansı biznes layihəsini qurmaq istəyirsə öz istəyinə uyğun avadanlıqlar istəyir. Amma, Məşğulluq Xidməti isə formal şəkildə avadanlıqlar yazır, kim buna etiraz etsə, həmin insanı hədələyirlər. Məşğulluq Xidməti ilə razılaşmayan təlim işçiləri layihədən uzaqlaşdırılır. 

Məsələn, mən istədiyim sacın və xəmirqarışdıran avadanlığın ümumi qiyməti 4500-5000 manat idi. Onlar isə mənə ev üçün nəzərdə tutulan sac və 7 kq xəmirqarışdıran avadanlıqlar təklif etdilər. Hansı ki, əllə bundan çox xəmir yoğurmaq olar, qiyməti isə 1500 manatdır. Ona görə bu avadanlıqlardan imtina etdim". 

Şikayətçi hesab edib ki, Dövlət Məşğulluq Xidmətinin təklif etdiyi avadanlıqla gündəlik ona heç 7 manat qazanc gətirməyəcək: "

 

Başqa avtoyuma avadanlığı götürdüm.Onu da tam vermədilər.Kompressor yox idi, mən videosunu çəkmişəm.Onun da qiyməti 1500 manatı keçmir.Bu layihə başlayan kimi nazirlik "Aznest" firması yaradıb.Bütün bu proqramı da onlara həvalə edib.Həmin şirkətin yeri yoxdur, ünvanını belə gizlədirlər.Elə bir sistem yaradıblar ki, kim razılaşmasa onlara avadanlıqlar verilmir.Onlar özünəməşğulluqla bağlı hazırlıqlarda olmayan adamlara da avadanlıqlar verirlər.Ancaq öz yaxın adamlarının adına heyvanlar, avadanlıqlar rəsmiləşdirirlər.Yazılan məbləğlə avadanlıqların qiymətində böyük fərq var.Mən işsiz kimi qeydiyyata düşə bilmədim, ünvanlı sosial yardım vermədilər.Mən də məcbur qalıb ölkəni tərk etdim.Mən çox təəssüf edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cənab prezidentin vətəndaşların dolanışığını yaxşılaşdırmaq üçün atdığı addımdan sui istifadə edir.Onlar bu layihəni icra etməkdən daha çox külli miqdarda vəsait mənimsəyi düşünürlər".
 

Son xəbərlər

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Bütün xəbərlər