{category-title}

“Bu heyvanları mənə məcburi verdilər...” - Oğuz sakini nazirliyin ona xəstə mal verdiyini iddia edir

 

Oğuz rayonu Xaçmaz kənd sakini Mənsimov Elçin Cahangir oğlu “Hürriyyət” qəzetinə ünvanladığı məktubunda özünüməşğulluq proqramı çərçivəsində ona verilmiş aktivlərin yararsızlığından şikayət edib. Şikayətçinin məktubunda deyilir: “Mən Mənsimov Elçin Cahangir oğlu, Oğuz rayon Xaçmaz kənd sakiniyəm, ailləliyəm, işləmirəm. Oğuz rayonu Məşğulluq Mərkəzinə işsiz kimi qeydiyata düşdüm, özünüməşğulluq proqramına qoşuldum, imtahanlardan uğurla keçdim.

Cənab Prezdentin 01.01.2018-ci il tarixli qərarına əsasən, özünüməşğulluq proqramının icrasına 35.8 miliyon manat vesait ayrıldı. Biznes planımda 5 min manat dəyərində 2 südlük mal-qara istədiyimi qeyd etmişdim.

Bu heyvanları mənə məcburi verdilər. Heyvanlar xəstə, yararsız vəziyyətdə idilər, balaları da yox idi. Halbuki, kursda bizə yanı balalı heyvanlar veriləcəyi bildirilmişdi.

Sizdən bu məsələdə bizə kömək etməyi xahiş edirik, biz bu korrupsiya faktının ölkə başçısına çatdırılmasını istəyirik”.

Sözügedən məsələyə aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı ilə əlaqə saxladıq. F. Talıblı bu məsələdən xəbərdar olduğunu, nazirliyin vətəndaşın şikayətinə münasibət bildirdiyini söylədi.

Məlum oldu ki, Elçin Mənsimov ötən ilin 20 noyabrında ona mal-qara təqdim olunarkən videoçəkiliş zamanı narazı qalmadığını ifadə edib və aktivlərin təhvil alınması ilə bağlı aktda şəxsən imza ataraq, öz əli ilə etirazının olmadığını qeyd edib.

Fazil Talıblının sözlərinə görə, verilmiş mal-qaranın 2 ay ərzində düzgün qulluq göstərilmədiyindən pis vəziyyətə düşdüyünü görən vətəndaş öz günahını etiraf etmək əvəzinə, yenidən mal-qara almaq üçün özünüməşğulluq proqramının icraçılarını ittiham edib.

Nazirlik rəsmisinin bizə təqdim etdiyi video yazı və vətəndaşın imzaladığı akt da deyilənləri təsdiq edir.

Vəziyyətə aydınlıq gətirmək üçün şikayətçi elçin Mənsimovla telefon bağlantısı qurduq. Elçin Mənsimov bizə bildirdi ki, fevralın 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən nümayəndələr, eləcə də aktivləri gətirən podratçı onun həyətinə gəliblər, mal-qaranın vəziyyəti ilə yerindəcə tanış olublar və akt tərtib edərək, heyvanların həqiqətən də xəstə, yararsız olduğunu qeyd ediblər, söz veriblər ki, 2 gün ərzində aktivlər yeniləri ilə əvəz ediləcək.

Elşin Mənsimovdan nazirlik rəsmisinin bizə təqdim etdiyi fotoda və video yazıda gördüyümüz buzovu xəbər aldıqda, bildirdi ki, ona həqiqətən iki inəklə bərabər buzov da verilmişdi, hazırda həmin buzov 3-4 aylıqdır. Sadəcə körpə olduğundan soyuq dəyməsin deyə, xəstə inəyin görüntüsünü lentə alanda onu tövlədən çıxarmayıblar.

Elçin Mənsimov onu da qeyd etdi ki, aktivlər ona veriləndə indikindən də pis vəziyyətdə imiş. Onları ayağa qaldırmaq üçün 250-300 manat pul xərcləyib.

Elçin Mənsimovdan xahiş etdik ki, yeni aktivləri təhvil alanda bizə bildirsin. Ümidvarıq, deyilən vaxt vətəndaş ysağlam mal-qaraya qovuşacaq.

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org

P.S. Sözügedən məsələdə bir neçə məqam diqqətimizdən yayınmadı. Əvvəla, nazirlik rəsmisinin vətəndaşın iddialarını əsasız adlandırdığı və sözlərini sənədlərlə təsdiq etdiyi halda, nə əsasla onun səhlənkarlığı üzündən xəstələnib yararsız hala gələn mal-qara yeniləri ilə əvəz olunur. İkincisi, Elçin Mənsimov bizə ünvanladığı şikayət məktubunda biznes planda qeyd olunan yanı balalı mal-qara əvəzinə qoca, xəstə heyvan aldığını yazmışdı, amma bizimlə söhbət zamanı buzovun tövlədə olduğunu dedi. Ən əsası isə, əgər vətəndaşa öz dediyi kimi xəstə, yararsız mal-qara təqdim edilmişdisə, nə üçün buna etiraz etmək əvəzinə, təşəkkür edib, təhvil-təslim aktını imzalayırdı?
 

Son xəbərlər

Azərbaycan Prezidenti: Bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır

Prezident İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq

Qeydiyyata alınmamış qrantlara görə cərimə tətbiq edəcək orqanlar müəyyənləşib

Niderland Senatının sabiq sədri Prezident İlham Əliyevi təbrik edib

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb

Rusiyada texnikum yaxınlığında atışmada 2 nəfər yaralanıb

ABŞ klubuna keçən Nəriman Axundzadə "Qarabağ"a təşəkkür edib

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verilib

Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 58 % artıb

İlham Əliyev: Müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələr xarici siyasətdə prioritet istiqamətlərdəndir

Sabah hava yağmursuz olacaq

Bakıda kuryeri bıçaqlayıb, qızılları aparan şəxs tutulub - VİDEO

Ömür yollarında silinməz izlər buraxan vətənövladı Əkrəm Babayev

Səfirlik: Vens ailəsinin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir

Qarayaxma kampaniyaları həqiqəti kölgədə qoya bilməz

Kanadanın Baş naziri ölkəsində yaşanan faciə səbəbindən səfərini təxirə salıb

Haci Adil qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub

BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr

KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib

“Tahir Gözəllə bu barədə danışmamışam” - Qurban Qurbanov

Yağıntılar nə vaxt kəsiləcək?

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

Bütün xəbərlər