{category-title}

Yoldaş Şirəliyev elmlə biznesi məharətlə bir-birinə calaq eləyə bilib - “Sobsan” boyalarına boyanan Kardiologiya İnstitutu

 

 

Son vaxtlar bir çox media portallarında “Sobsan Boya” şirkətinin Şamaxı rayonunda qanunsuz yollarla ayrı-ayrı şəxslərin torpaqlarını zorla əllərindən alması, hətta vəfat etmiş şəxslərin adından etibarnamələr verməklə “çəpərləmələrinə” qanuni don geyindirməsi barədə araşdırma yazılar dərc edilmişdi. Bəhs olunan məqalələr ciddi rezonans doğurmuş, şirkətin əməlləri ictimai qınaqla qarşılanmışdı. Bu günlərdə redaksiyamıza “Sobsan Boya” şirkətinin səhiyyə sektoruna müdaxiləsi barədə ilginc məlumatlar daxil olub.


Soruşacaqsınız ki, “Sobsan” deyəndə adamın ağlına boya maddələri gəlir, lap uzaq başı Şamaxıda torpaqları zəbt etməsi yada düşür. Daha səhiyyə sistemi hardan çıxdı? Biz deyəndən sonra biləcəksiniz ki, məhşuri-cahan səhiyyəmiz necə “Sobsan Boya”ları ilə boyanıbmış…Yadınıza salaq ki, ötən ilin sentyabrında Səhiyyə naziri O.Şirəliyevin əmri ilə Dadaşova Gülnaz Mahir qızı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edildi. Ötən müddət ərzində institutda hansı sular axıb, hansı dəyişikliklər olub deyə soruşsanız bu barədə bir dastan bağlamaq olar. İlk əvvəl ondan başlayaq ki, deyilənə görə kimsə Gülnaz xanımı inandırıb ki, bu institutda çalışan kişilərə tualet lazım deyil. Necə də olsa kişi xeylaqlarıdır,birtəhər dözərlər. Ol səbəbdən də Gülnaz xanım tualeti satıb başqalarına. Ümumiyyətlə institutda otaq-kabinet satmaq yaman dəbə düşüb. Əməkdaşlar qorxudan az qala kabinetlərində yatırlar ki, ey dili-qafil,bilmək olmaz gedərik evə,sabaha otağımızı satarlar başqalarına.Daha sonra məlumat verirlər ki, Gülnaz xanım institutun əməkdaşlarına “pul əl çirkidir” mövzusunda tez-tez praktiki təcrübələr keçir. Belə ki, məlumat verilir ki, vaxtaşırı onlardan müxtəlif məbləğdə (1000 dollardan 10 min dollara qədər) xərac toplayır ki, əməkdaşlar çox da pula aludə olmasınlar.Gülnaz xanımın institutdakı kadr siyasəti də özünəməxsusdur. Xoşuna gəlməyən və yaxud yerinə namizədi olan ştatlara təcrübəsi oldu-olmadı öz adamlarını təyin etdirir. Özü də bu zaman yuxarıda dediyimiz “əl çirki” prinsipindən istifadə olunur.Məlumat verilir ki, uzun müddətdən bəri Kardiologiya İnstitutunda böyük nüfuz sahibi olan tibb elmləri doktoru Baş elmi işçi, elmi katib Sona xanım Mamedovanı heç bir əsas olmadan işdən çıxartmaq məcburiyyətində qoymuşdur. Sona xanm da istəməsə də ərizəsini yazaraq işdən azad olmuşdur. O cümlədən, elmi işlər üzrə direktor müavini, Tibb elmləri doktoru Daşdəmirov Rəfael həkim də həmin aqibəti yaşamışdır. Ümumiyyətlə verilən məlumata görə, Gülnaz xanımın özünün rüşvət, korrupsiya ifadələrindən xoşu gəlməsə də,instituta gəlişindən sonra bu əməllər yaman rəvac tapıb. Çoxlarının uzun müddətə keçdiyi yolu qısa vaxta qət etməyə qərar verən G. Dadaşova Bağdaddakı kor xəlifənin atasına rəhmət oxutdurur.Bilirik ki, oxucularımız intizar içərisində gözləyirlər,bəlkə də əsəbləşiblər ki, bütün bu məsələlərə “Sobsan Boya” şirkətinin nə dəxli var? Axı onların işi boyamaq,uzaqbaşı torpaq zəbt eləməkdir. Daha onların institutda kişi tualetlərinin satılması rüsvayçılığına nə dəxli var? Var,yoldaşlar,cənablar,özü də möhkəm dəxli var! Çünki bütün bu əməllərə imza atan G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. Bu da hamısı deyil. Cənab nazir O.Şirəliyevin yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından,şəriklərindən biridir. Beləcə cənab nazir özü istəməsə də “Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalıb və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu ağ rəngə boyanıb. Nəhayətdə yoldaş Şirəliyev elmlə biznesi məharətlə bir-birinə calaq eləyə bilib. Amma,bu calaq nəticəsində rənglər bir-birinə yaman qarşıb. Rəngləri bu qədər niyə tündləşdirirlər,biz də bilmirik…
\\elchi.a

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər