{category-title}

Zahid Qəribovla Rafət Orucov dövləti soğan kimi necə soyurlar? - Səhiyyə Nazirliyində tender “oyunları”

 

Zahid Qəribovla Rafət Orucov Səhiyyə Nazirliyində tender “oyunları ilə dövləti soğan kimi necə soyurlar?

Səhiyyə Nazirliyinin tender əməliyyatlarında əsas iştiakçılardan biri kimi tanınan müəmmalı “Turqay” MMC şirkəti ilə bağlı ölkə mətbuatında illərdi məlumatlar dərc edilir. Milyonlarla manatlıq tenderlərin qalibi olan bu şirkətin rəhbərliyi haqqında isə hər hansı bir məlumatın ortaya çıxmaması maraq doğururdu.

AzFakt.com-a Səhiyyə Nazirliyinin tender “kral"ı kimi tanınan “Turqay” MMC - nin rəhbərliyi ilə bağlı ilginc məlumat daxil olub. Saytımıza daxil olan məlumata görə “Turqay” MMC şirkətinin sahibi Kürdəmir rayon sakini Rafət Orucov adlı şəxsdir. Məlumatda qeyd edilir ki, “Turqay” MMC şirkətinin illərdi Səhiyyə Nazirliyinin tikinti tenderlərində əsas qaliblərdən biri olmasının araxasında Rafət Orucovun nazirlikdə yüksək vəzifə tutan məmurlarla münasibətlərindən qaynaqlanır.

AzFakt.com-un məsələ ilə bağlı apardığı araşdırmada məlum oldu ki, “Turqay” MMC şirkətinin Səhiyyə Nazirliyinin tikinti tenderlərində aktiv olmasının səbəblərindən biridə nazirliyin Əsaslı Tkinti İdarəsinin rəisi Zahid Qəribov adlı şəxsin olmasdır. Belə ki, Səhiyyə Nazirliyinin Əsaslı Tkinti İdarəsinin rəisi Zahid Qəribovda Kürdəmir rayonundandır və o, həmyerlisi Rafət Orucovla çox yaxın münasibətlərə sahibdir. Məhz Zahid Qəribovun Əsaslı Tkinti İdarəsinin rəisi olduqdan sonra “Turqay” MMC-nin Səhiyyə Nazirliyinin tikinti tenderlərində daha çox qalib şirkətlərdən birinə çevrildiyini deyə bilərik.

Digər mənbədən verilən məlumatda bildirilir ki, Səhiyyə Nazirliyində tenderlərə nəzarəti nazir müavini Elsəvər Ağayev həyata keçirir. Məhz Zahid Qəribovun nazirliyin Əsaslı Tkinti İdarəsinin rəisi təyin edilməsi Elsəvər Ağayevin “xeyir dua”sı baş verib.

Bundan başqa Səhiyyə Nazirliyində tikinti işlərinə cavbadeh qurumlardan biri Səhiyyə obyektləri şəbəkəsinin inkşafının planlaşdırma şöbəsinin müdiri Əli Abbasovun da Elsəvər Ağayevin kadrı olduğu deyilir.

Bildirək ki, "Turqay” MMC şirkəti ilə bağlı ölkə mətbuatında yayılan məlumatlarda şikətin təsisçisi Abbasov Tamerlan Yəhya oğlu kimi göstərilib. Onun bir vaxtlar külli miqdarda vergidən yayınma ittihamı ilə saxlandığı və Sumqayıt şəhər məhkəməsinin hökmü ilə CM-nin 213.4 maddəsi ilə 1 il, 6 ay müddətinə azadlıqdan məhrum edildiyi qeyd edilib.

Xatırladaq ki, ötən həftə ölkə mediasında “Turqay” MMC şirkətinin gördüyü işlərlə bağlı cinayət işinin açılması barədə məlumat yayılmışdı.(AzFakt.com)

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Son xəbərlər

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

Bütün xəbərlər