{category-title}

Ağstafa səhiyyəsində bazar qaydaları - İDDİA

 Son vaxtlar Ağstafa səhiyyəsində yaşanan biabırçı olaylarla, qol qoyulan çoxsaylı olaylarla bağlı yerli sakinlər tərəfindən bir çox media qurumlarının redaksiyalarına ünvanlanan şikayət məktublarının sayı günü-gündən artmaqda davam edir. Məsələnin təəccüb və təəssüf doğuran tərəfi ondan ibarətdir ki, şikayət məktublarının çoxu Ağstafa MRX-nın “UZİ” şöbəsindən daxil olur. Belə ki, ünvanlanan məktublarda qeyd olunur ki, “adı çəkilən şöbədə çalışan Könül xanım bir kimsənin kölnünə toxunmadan, çalışdığı şöbədə əməlli-başlıca “bazar açıb”. Yəni, o, bu gün dövlət səhiyyə müəssisəsində çalışmasına baxmayaraq, hər “UZİ”yə üz tutan şəxsi 15-20 manat məbləğində “tasa otuzdurur”. Bu da sakinlər arasında kütləvi narazılıq hissinin baş qaldırmasına, dövlət səhiyyə müəssisələrində “tibbi xidmət pulsuzdur” deyə, təbliğ olunan təbliğatın heçə enməsinə səbəb olur. Elə ki, redaksiyamızın elektron poçtuna daxil olan müraciətlər əsasında müəyyən araşdırmalar aparmağa başladıq və problemlərin varlığına münasibətini öyrənmək məqsədilə Könül xanımla əlaqə saxladıq, o halda adı çəkilən xanıma məxsus mobil telefona cavab verən şəxs bildirdi ki, “Könül xanım baş həkimin yanındadır”. Belə bir telefon danışığından az sonra isə, Ağstafa MRX-nın baş həkimi Fatma xanımın mobil telefonundan redaksiyamıza məxsus mobil telefona zəng gəldi və zəng edən şəxs “mən Könül xanımın işçisiyəm” dedi. Tərəfimizdən bu yöndə lazımi araşdırmalar apardıq, redaksiyamıza zəng olunan nömrənin Fatma xanıma məxsus olmasını tam dəqiqləşdirə bildik ki, həmin nömrə Ağstafa MRX-nın baş həkiminə məxsusdur. Ümumi söhbət əsasında qarşı tərəfə bildirdik ki, redaksiyamıza daxil olan məlumatlarla bağlı Səhiyyə nazirliyinə rəsmi məktub ünvanlayıb, lazımi cavabı əldə etməyə çalışacağıq. Düzdür, mobil telefona cavab verən şəxs “heç bir problem yoxdur, ünvanlayın” deməkdən də çəkinmədi. \\nyus.az\\ 

Son xəbərlər

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Bütün xəbərlər