{category-title}

Ağstafada vəziyyət "uruscadır"... - NARAZILIQ

 Yerli icra orqanlarından narazılıq hər ötən gün daha da artır. Əhalinin və rəhbərlik etdiyi rayonun problemlərindən daha çox şəxsi çıxarlarını düşünən “region padşahları” sözün əsl mənasında böyük kütlənin qəzəb hədəfinə çevrilmiş olur. 
Bu isə heç şübhəsiz ki, ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətə kölgə salmaqla yanaşı, hakimiyyəti yerli sakinlərin nəzərində aşağı ölçülməsinə səbəb olur. 

Bu gün yuxarıda bəhs etdiyimiz qaydada fəaliyyət göstərən yerli strukturlardan biri də Ağstafa rayon icra hakimiyyətidir. DogruXeber.az xəbər verir ki, rayonun icra başçısı Nizaməddin Quliyev əslində rayon sakinləri üçün nələrisə etməyə çalışan rəhbərlərdəndir. 
Belə ki, rayon sakini İsayev Telman Tapdıq oğlunun sözlərinə görə fəaliyyətləri ciddi narazılıqlara səbəb olanlar icra başçısının ətrafındakılardır.

“Xüsusilə də Ağstafa RİH başçısının birinci müavini Ramiz Tatarov rayondakı bir çox müəmmalı işləklərin müəlliflərindən hesab olunur. Ramiz Tatarov və rayondakı adamlarının yarıtmaz fəaliyyəti isə sonda icra başçısının ayağına yazıldığından tənqid hədəfi də məhz Nizaməddin Quliyev olur”.

Ramiz Tatarov idarəçilikdə əsas rol ifaçısı olduğundan onun səriştəsizliyi və işbilməzliyi ümumilikdə mətbuatda rayon rəhbərliyinin tənqid olunmasına səbəb olur. 

Elə bu səbəbdəndir ki, Ağstafa rayon Saloğlu qəsəbə sakini T.İsayev uzun illərdi ki,mənzilinə gedən yolun Azər İbrahimov adlı şəxs tərəfindən zəbt olunduğunu bildirir. Redaksiyamıza müraciətçi olan rayon sakini efir qarşısında onun hüquqlarını pozan A.İbrahimov adlı şəxsi hansısa məmurun onu himayə etdiyini bildirib. 

Sizcə bu belədirmi? 

Sözü gedən məsələdə “AT “ oynadan rayon sakini A.İbrahimov kimdir və yaxud kimin adamıdır? Hər kəsə məlumdur ki,son günlər Ağstafa rayonunda baş verən qanlı hadisələr ölkə əhalisinin narahatlığına səbəb olub. Bu cür hadisələrin baş verməsi bir çox hallarda aidiatı qrumların müraciətlərə məsuliyyətsiz yanaşmaları səbəbindən qanlı hadisəylə nəticələnir.

Məhz həmin aqibət eynilə baş verməsin deyə Ağstafa rayon Saloğlu qəsəbə sakini İ.Telmanın redaksiyamıza etdiyi müraciətinə aydınlıq gətirilməsi üçün RİH müavini cənab Ramiz Tatarovla telefon əlaqəsi saxlamağa cəht etdik. Təəssüflər olsun ki,çoxsaylı edilən telefon zənglərimizə cavab verən olmadı.

Növbəti gün yenidən rayon icra nümayəndəsi Cavad İsmayılovla telefon əlaqəsi saxladıq. IH müavini Ramiz Tatarovdan fərqli olaraq, rayon sakini T.İsayevin probleminə öz münasibətini bildirdi. Onun sözlərinə görə sözü gedən məsələ səlahiyyəti çərçivəsində olmadığından heç bir köməklik göstərə bilməyəcəkdir. Ümid edirik ki, rayon sakini İ.Telmanın redaksiyamıza etdiyi müraciəti RİH başçısı hörmətli Nizaməddin Quliyev öz şəxsi nəzarətinə götürər və qısa müddət ərzində məsələ öz həllini tapmış olar.

Məsələyə qayıdacağıq....
Adları qeyd olunanların mövqeyin dərc etməyə hazırıq
\\DogruXeber.az\\ 

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər