{category-title}

Ənənəvi siyasətçiləri oyunçular əvəz edir... - Xalq niyə onları seçdi?

 

Son illərdə prezident postuna siyasətdən uzaq profilli insanların seçilməsi diqqət çəkir. ABŞ prezidenti Donald Tramp, Ukrayna dövlət başçısı Vladimir Zelenski, Fransa lideri Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və digərlərinin timsalında bunu müşahidə etmək olar. Ölkənin ali postuna qədər “Ağ ev” rəhbəri iş adamı, Zelenski şouemen, Makron investisiya bankiri, Paşinyan isə jurnalist idi. Populist fikirlər və inanılmaz vədlərlə prezident seçilən bu şəxslərin ictimaiyyətə gənclərin aludə olduğu sosial şəbəkələrlə xitab etməsi diqqət çəkir. Görünür, yeni başçılar cəmiyyəti ələ almağın nəbzini "yaxşı" tutublar.

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu Redaktor.az-a açıqlama verib. Politoloq hesab edir ki, bu, həmin siyasi sistemlərdə olan qüsurlardan irəli gəlir:

“Siyasətdə yeni tendensiya başlayıb. Artıq bir çox ölkələrdə prezident kürsüsünə gələn adamlar yeni simalardır. Hətta onların içərisində artistlər də var. Məsələn, Ukraynada insanlar mövcud siyasətdən və siyasətçilərdən bezmişdilər. Çünki onlar verilən vədləri yerinə yetirə bilmədilər. Buna görə də xalq yeni sima görməyə üstünlük verdi və Zelenski yüksək səslə qələbə qazandı. Ancaq Zelenskinin ukraynalıların gözləntilərini doğruldacağını əminliklə demək mümkün deyil. Və yaxud Ermənistan. Orada da vəziyyət eyni idi. Ermənilərin Paşinyan inqilabını dəstəkləməsinin əsas səbəbi, Qarabağ klanından olan narazılıqlar idi. Yəni erməni xalqı Sarkisyan və Köçəryandan imtina edərək, Paşinyanın arxasınca getməyi seçdi. Onlar Paşinyanın hansısa bir yenilik gətirəcəyini düşünürdülər. Amma faktiki olaraq görürük ki, Paşinyan da verdiyi vədləri real olaraq yerinə yetirə bilmir. Bunun da obyektiv səbəbləri var. Çünki Ermənistanın çox ciddi problemləri var”.

E.Şahinoğlu qeyd edib ki, gözləntilər özünü doğrultmasa, xalq qeyri-siyasətçilərdən imtina edəcək:

“Məsələn, Ukryanda Zelenski uğur qazanmasa, ukraynanalılar köhnə sistemə qayıdacaq. Nə qədər qüsurlu olsa da, köhnə və peşəkar siyasətçilərin ölkəni idarə etməsi daha doğrudur”.

Politoloq bildirib ki, oturuşmuş siyasi sistemlərdə tanınmamış və yaxud siyasətdə naşı olan adamların prezident kürsüsünə yiyələnməsi çox çətindir.

Son xəbərlər

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Zelenski: "Yaroslavl" neft emalı zavoduna endirilən zərbə uğurlu olub

İranda Təbriz Günü qeyd edilib

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq

Tailandda məktəbdə atışmada ölənlərin sayı yeddi nəfərə çatıb – YENİLƏNİB

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

Bütün xəbərlər