{category-title}

Paşinyan Zelenskiyə Putinlə dil tapmağın yolunu öyrədir - “ƏSAS ODU YALAN DANIŞMAYASAN...”

 Ermənistanın baş naziri Nikol Paşinyan Ukraynada prezident seçkilərinin qalibi Vladimir Zelenskiyə Rusiya prezidenti Vladimir Putinlə dil tapmağın yolları barədə məsləhətlər verib.

Virtualaz.org xəbər verir ki, Paşinyan RBC-ya müsahibəsində bu haqda danışıb. Onun sözlərinə görə, əgər Zelenski açıq və doğru danışsa Putinlə ümumi dil tapacaq.

“Mən hesab etmirəm ki, onun üçün Putinlə ünsiyyət qurmaq mürəkkəb olacaq. Burada şərtlər var: əgər sözünü birbaşa desən, dürüst olsan, aldatmasan çətin olmayacaq. Sadəcə olaraq birbaşa və dürüst danışmaq lazımdır. Fikrimcə istənilən adam bunu qiymətləndirər, əgər görsə ki, həmsöhbəti onu nədəsə aldatmağa çalışmır, nə barədəsə boşboğazlıq etmir, nəyisə təhrif etməyə çalımır. Düşünürəm ki, bu bütün münasibətlərdə çox düzgün maneradır”-Nikol Paşinyan belə deyib.

Öz növbəsində Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib ki, Putin hələlik Zelenski ilə görüşüb danışıqlar aparmağa hazırlaşmır. Uşakov qeyd edib ki, əvvəlcə seçkilərin rəsmi nəticələrinin açıqlanmasını gözləmək lazımdır, sonra isə Ukraynanın yeni prezidentinin davranışlarına baxacaqlar.

“Xeyr, hələ belə görüş planlaşdırılmır. Hazırda biz seçkilərin rəsmi nəticələrini gözləyirik, sonra isə yeni prezidentin inaqurasiya mərasiminə qədər olan dövr qarşıda dayanır”-Uşakov deyib.
 

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Bütün xəbərlər