{category-title}

Şəki təhsilinin durumu nazirliyi də qane etmir, amma... - İDDİA

 2018-2019-cu tədris ilinin başa çatmasına bir aydan da az bir vaxt qalıb. Ceyhun Bayramovun Azərbaycanın təhsil sisteminə rəhbərliyə başladığı bu ilk ildə nə kimi yeniliklər baş verdi və yaxud da təhsil sahəsində bu il nələrlə yadda qaldı.?Yeniliklər barədə zənnimizcə deyiləsi hec nə yoxdu. Yaddaqalan hadisələr isə çox oldu. Xüsusən də Bakı şəhərində bir neçə orta məktəblərdə müəllimlərin və direktorların səhlənkarlığı ucbatından bir şagird özünü məktəbin üçüncü mərtəbəsindən atdı, digər bir məktəbdə isə müəllimlərin qaba davranışından təngə gəlmiş şagirdin evdə dərman içərək ağır vəziyyətdə xəstəxanaya çatdırılması oldu.. Azərbaycanda təhsil sistemində problemlərin aradan qaldırılması əvəzinə yeni problemlər çıxır. İnformasiya-kommunikasıya vasitələrinin inkişaf etdiyi bir dövrdə orta məktəblərdə baş verənlərə biganə qalmaq cəmiyyətdə heç də birmənalı qarşılanmır. Ölkənin paytaxtında, orta məktəblərdə baş verənlər cəmiyyətə nə qədər tez çatırsa, bölgələrdə,xüsusən də ucqar dağ rayonlarının təhsil sistemində baş verənlər,orta məktəblərdəki özbaşınalıqların çoxundan nəinki cəmiyyətin, heç Təhsil Nazırliyinin də xəbəri olmur.

Götürək elıə Şəki rayonunu. Məlum olduğu kimi, Şəki əhalinin sıxlığı baxımdan və ərazisinə görə ən böyük rayonlarımızdan biridir. Təkcə Şəki rayonunda 100 yaxın, dəqiq desək 96 orta umumtəhsil məktəbi var. Bu rayonun orta məktəblərində baş verənlərdən isə heç kimin xəbəri olmur. Əslində Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun da, rayon Təhsil Şöbəsinin müdiri Südabər İsmayılovanın və digər bu sahəyə nəzarət edən bütün səlahiyyətli şəxslərin hamısının da, hər şeydən çox yaxşı xəbərləri var. Onlar sadəcə hər şeyi ustalıqla gizləyə bilirlər. Amma nə vaxta qədər?

Ötən günlərdə Aktualinfo.org onlayn qəzetdə yayımlanmış Şəki rayonunun təhsil sistemində baş verənlərlə bağlı yazını oxucuların yadına bir daha salmaq istərdik. Sözügedən yazıda rayondakı orta ümumtəhsil məktəblərindən bir neçəsinin, xüsusən də Şəki şəhərindəki nümunəvi məktəblərdə dərsə davamiyyətin olmadığı barədə məlumat yaymışdıq. Redaksiyamıza məlumat verən verən Şəki sakinlərinin sözlərinə ötən həhtə Təhsil Nazirliyindən Şəkiyə getmiş nümayəndələrin qəflətən orta məktəblərdə peyda olması qanıqaraçılıq yaradıb. Belə ki, şəhərdəki 3 və 10 saylı tam orta məktəblərdə yuxarı sinif şagirdlərindən 3-5 şagird olub. Məlumata görə müəllimlər şagirdləri məktəbə çağıra bilməyiblər. Çünki şagirdlərin böyük əksəriyyətinin adları orta məktəbdə getməsinə baxmayaraq, özləri Bakıda ya hazırləıq kurslsrına, ya da, repetitor yanına gedirlər. Verilən məlumatlara görə 3 saylı məktəbin direktoru Bünyamin Baxışov isə gününü yeyib-içməkdə keçirir. Hardandı bir məktəb direktorunda restoranlarda vxərcləməyə bu qədər pul? Deyək siz də bilin. Veilən məlumatlara görə şagirdləri repetitor yanına buraxmaqdan, fakultativ məşğələlərdən və dərnəklərdən.

Qeyd edək ki, analoji vəziyyətlə Təhsil Nazirliyininn nümayəndələri Şəki şəhərində fəaliyyətdə olan digər məktəblərdə də qarşılaşıblar. Onlar paytaxta hansı təəssüratlarla qayıdıblar, deyə bilməırik. Bu yoxlamalardan sonra Təhsil Nazirliyi nə kimi tədbirlər görəcək, əvvəlcədən onu da deyə bilmərik. Amma yoxlamaların nəticələrindən asılı olmayaraq onu deyə bilərik ki, rayon Təhsil Şöbəısinin müdiri Südabər xanım İsmayılovanın bu kimi qanunsuzluqlara yol verməsi bunlarla bitmir. Məlum olduğu kimi Təhsil Nazirliyi dağ rayonlarda qış aylarında məktəbləri isitmk məqsədi ilə oduncaq alınması üçün kənd məktəblərinə kifayət qədər vəsait ayırır. Həmin vəsaitlər rayon Təhsil Şöbələrinə köçürüldükdən sonra nə alınır, heç kim bilmir. Qeyd etdiyimiz kimi Şəkidə 100-ə yaxın orta məktəb fəaliyyət göstərir. Onlardan Şəki şəhərinin mərkəzindəki orta məktəbləri çıxdıqdan sonra rayon kənd məktəblərinə ayrılan oduncaq pulu Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova, rayon Maliyyə İdarəsinin müdiri və İcra Hakimiyyətinin başçısı arasında bölüşdürülür. İl ərzində məktəblərə oduncaq alınması üçün nə qədər vəstin köçürülməsindən xəbərimiz olmasa da, yerlərdə oduncaqları almaq üçün pulun məktəb direktorlarının göstərişləri ilə valideynlərdən yığıldığından isə xəbərimiz var.
 

Son xəbərlər

Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil

Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

Keşlədə obyekt yanır

Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq

DTX rəsmisi: "Dünyada enerji sektoruna həftəlik mindən çox ciddi kiberhücum qeydə alınır"

Rusiya Xarkov və Xerson vilayətlərinə hücum edib: 9 nəfər ölüb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib

Əlilliyi olan şəxslərə zəruri həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları təsdiq edilib

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün finalda Ukrayna ilə qarşılaşacaq

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Ramin Məmmədov "Cümə" və "İmam Əli" məscidlərini ziyarət edib

Əlilliyi olan uşaqların qəyyumluq və himayəçilik orqanlarının funksiyaları müəyyənləşdirilib

Bakıda TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçiriləcək

DÇ-2026-nın ən yaşlı və ən gənc iştirakçıları müəyyənləşib

İranda yanvar aksiyalarında polisi öldürməkdə təqsirləndirilən şəxs edam edilib

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Mənzil Məcəlləsində dəyişiklik: İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Azərbaycanda növbəti tədris ilindən tibbdə süni intellekt kursları təşkil olunacaq

UEFA Çempionlar Liqasında iştirak edəcək bütün komandalar məlum olub

Sahibə Qafarova Belqradda Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Bütün xəbərlər