{category-title}

Dərman içərək intihara cəhd edən şagirdin müəllimləri açıqlama veriblər

 Dərman içərək intihara cəhd edən 109 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi F. Ə-nin müəllimləri açıqlama veriblər.

ONA-ya müraciət edən müəllimlər baş verən hadisədən təəssüf hissi keçirdiklərini bildiriblər.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bahar Haqverdiyeva deyib ki, həmin şagirdin sinif rəhbəri olmaqla yanaşı, onlara Azərbaycan dili və ədəbiyyat dərsini də tədris edir: “Onun belə bir addım atmasına hələ də inana bilmirəm. Valideyni də vaxtaşırı məktəbdə olurdu. Bu dərs ilində fənlər üzrə qiymətlərində kəskin fərqlər olmamışdı. Özünün çalışqanlığı və intizamı yerində olsa da, kiçik diqqətsizlik və laqeydlik səbəbindən bəzi fənlərdən zəif nəticələri də olurdu. Bunlarla bağlı tövsiyələrimi özünə və valideyninə də bildirmişdim. Müəllimlər həmin gün də dərsdən çox sakit halda evlərinə getdiyini söyləyirlər. Evə gedəndən sonra belə bir addım atması mənim üçün çox gözlənilməz oldu və onun bu hərəkəti məni dərindən kədərləndirdi. Uşaqlarla da normal ünsiyyət qurmağa meyillidir”.

B. Haqverdiyeva deyib ki, F. Ə-nin sinif yoldaşlarının bu hadisədən təsirlənməməsi üçün onlarla da mütəmadi söhbətlər aparılır, psixoloji dəstək göstərilir: “Hadisədən sonra məktəb rəhbərliyi, psixoloq, Uşaq Birliyi Rəhbəri ilə birlikdə şagirdimiz və valideynləri ilə görüşdük. Onunla söhbət apardıq. O, elədiyi hərəkətə görə özünün də peşman olduğunu bildirdi. Anası ilə təklikdə də görüşüb müvafiq tövsiyələrimizi bildirdik. Əsas tövsiyələrimiz ondan ibarət oldu ki, bundan sonra valideynlər müəllimlərlə daha sıx ünsiyyətdə olsunlar. Həmçinin qarşılıqlı olaraq, şagirdimizə daha həssas münasibətin göstərilməsini qərarlaşdırdıq. Yəqin ki, bundan sonra valideynlərlə işin daha da gücləndirilməsi, şagirdlərin psixoloji dayanıqlığının möhkəmləndirilməsi və daha səmərəli ünsiyyət mühitinin yaradılması istiqamətində fəaliyyətimizi artırmalıyıq. Hər bir uşağı doğma övlad gözündə görürük. Hər bir valideyn birgə yetişdirdiyimiz övladların gələcəyi üçün zəhməti olan, bu yolda müəllimlə birgə çalışan əsas dayağımızdır”.

Məktəbin informatika müəllimi Nigar Məmmədova isə ONA-ya açıqlamasında bildirib ki, 5-ci sinifdən etibarən F. Ə-yə informatika fənnindən dərs deyir: “Onu çalışqan, mehriban bir şagird kimi tanıyıram. Onun belə bir addımı biz müəllimləri çox sarsıtdı, çünki ondan bu addımı gözləmirdik. O, çox düşüncəli, müəllimlərlə səmimi bir qızdır. Həmçinin müəllimlərin də ona münasibəti çox yaxşıdır. Bu hadisədən sonra mən də xəstəxanaya gedib onun vəziyyəti ilə maraqlandım, onun səhhəti üçün çox sarsıntı keçirdiyimi, narahat olduğumu valideynlərinə bildirdim. Məktəb rəhbərliyi, sinif rəhbəri və məktəbin digər əməkdaşları ilə birgə evlərinə də getdik, onunla xeyli söhbət etdik, mənəvi-psixoloji dəstək göstərdik. Bu görüşdə şagirdimiz də bizdən ötrü çox darıxdığını və etdiyi hərəkətdən çox peşman olduğunu bildirdi. Bu hadisənin gözlənilməzliyinin təəccüb və həyəcanından hələ də çıxa bilməmişik. Ancaq düşünürəm ki, bu hadisədən bütün kollektivimiz və valideynlər nəticə çıxarmalıdır. Bundan sonra istər uşaqlar, istərsə də valideynlərlə əlaqələrin daha da genişləndirilməsinə çalışacağıq”.

Qeyd edək ki, paytaxtın Nizami rayonundakı 109 nömrəli məktəbin V sinif şagirdi F. Ə dərman içərək intihara cəhd edib. Məktəbdən ONA-nın sorğusuna verilən cavabda bildirilir ki, aprelin 30-da təxminən saat 20:30 radələrində V sinif şagirdinin (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) valideyni məktəb direktoruna məlumat verib ki, övladı evdə valideynin dərmanını qəbul edərək zəhərlənib: "Evə təcili tibbi yardım çağırılıb və uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Hazırda uşağın vəziyyəti normaldır. Onun psixoloji durumunun öyrənilməsi məqsədilə məktəb nümayəndələri və psixoloq evlərində olub, uşağa müvafiq psixoloji yardım göstərilib. Hər zaman valideynlərlə görüşlərdə uşaqların təhlükəsizliyinin təmin olunmasının diqqət mərkəzində saxlanılması tövsiyə olunur”.

F.Ə.-nin atası Şamxal Əliyev isə ONA-ya açıqlamasında iddia edib ki, övladı məktəbdə müəllimlərin təzyiqi ilə üzləşdiyinə görə intihara cəhd edib: “Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bahar müəllim və informatika müəllimi Nigar müəllim qızıma dəfələrlə təzyiq göstəriblər. Qızım başqa müəllimin yanına hazırlığa getdiyinə görə dəfələrlə lövhə qabağında təhqir olunub, ona əxlaqsız damğası vurulub”.

Dərman içərək intihara cəhd edən şagirdin müəllimləri açıqlama veriblər

Son xəbərlər

İsrail ordusu Beyrutda "Hizbullah"ın kəşfiyyat qərargahına zərbələr endirib

Bakıda hava yağmursuz olacaq, rayonlara qar yağacaq - PROQNOZ

MEDİA Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı çağırış edib

Keçən il Azərbaycan idmançılarının qazandıqları medalların sayı açıqlanıb

Xamenei ilə vida mərasimi bu gün başlayacaq, 3 gün davam edəcək

Qarayaxma kampaniyaları həqiqəti kölgədə qoya bilməz

Martın 9-da buraxılış imtahanında 58 mindən çox şagird iştirak edəcək

Tramp: Şahın oğlu İranda hakimiyyət üçün düşündüyümüz şəxslər arasında deyil

Gəncədə qəza olub, bir nəfər ölüb

ABŞ İranın 17 hərbi gəmisini məhv etdiyini açıqlayıb

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI

İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir

İlham Əliyev: Suriyaya 1,5 milyard kubmetr Azərbaycan qazının tədarükü biznesə töhfə verib

İran Oman sahillərində tankerə hücum edib, ölən var

ABŞ və İsrailin hərbi əməliyyatı nəticəsində İranda 787 nəfər ölüb

Ceyhun Bayramov pakistanlı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib

İsrail ordusu Livanın cənubunda bir neçə mövqe tutub

Ombudsman: Şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcminin artırılması gündəmdədir

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb

Hafiz Məmmədov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir

İsrail Ordusu eyni anda Tehran və Beyruta zərbələr endirir

Pirşağı və Ləhic bağlarında işıq olmayacaq

SEPAH Bəhreyndəki ABŞ hərbi bazasına hücum həyata keçirib

Bütün xəbərlər