{category-title}

Azərbaycanı bürüyən məşhur xəz brendi Bakıda hazırlanırmış... - İDDİA

 

Məlum olduğu kimi bir neçə gün əvvəl “Lady Sharm” mağazalar şəbəkəsinin məsul şəxsləri həbs olundu. Daxil olmuş şikayətləri araşdıran DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (“Bondotdel”) “Lady Sharm”ın mağazalarında müştərilərin aldadıldığını, sexlərdə tikilmiş malların dünya brendlərinin etiketləri vurularaq satıldığını müəyyən edib. Məlum olub ki, mağazalar şəbəkəsində brend adı ilə satılan məhsulların bir hissəsi “Binə” Ticarət Mərkəzindəki sexdə hazırlanırmış.

Bu olaydan sonra digər məşhur mağazalar şəbəkəsi də diqqət mərkəzinə gəldi. Hansı ki, bu mağazalarda da dünyaca məşhur brend məhsullar satılır. Özü də kifayət qədər yüksək məbləğə. Bir həqiqət də var ki, belə mağazalar şəbəkəsi haqqında ictimai rəy də birmənalı deyil...

Mediada yer alan məlumata görə artıq “Femina” xəz-dəri geyimləri də saxta etketlərlə satılır. Bununla yanaşı bir çox çeşidləri ilə əhalini aldadıb saxta malı bahalı brend adı altında Karolina Valiant da öz yerini alıb. Sosial şəbəkələrdə və televiziya ekranlarında xarici mal adı ilə yayılan reklam çarxları bir növ əhalini tələyə salmaq demekdir. Bu barədə aldadılmış bir qrup insanlar paytaxt.org-a üz tutub.

İddialara görə. bütün saxtakarlıqlar “Binə” Ticarət Mərkəzindəki sexlərdə həyata keçirilir. Bu səbəbdən də ən çox narazılıq Karolina Valiant-ın məhsullarının keyfiyyətini olmamasıdır ki, alıcılar aldadıldıqlarını deyir. Ucuz başa gələn keyviyyətsiz kürk və dəri məhsulları Karolina Valiantın işbazlarına yaxşı qazanc gətirdiyi də daxil olan məlumatda öz əksini tapıb.

Xatırladaq ki, Karolina Valiant təxminən on ildir ki, Azərbaycan və Rusiya bazarına çıxıb. Şirkətin məhsulları ölkəmizdə “Binə” Ticarət Mərkəzində sexlərdə hazırlanaraq mağazada satılır.
Mövzu diqqətimizdədir

Paytaxt.org

Son xəbərlər

Qubada insan sümükləri tapılıb

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

BƏƏ Prezidentinin önəmli səfəri - Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı - ŞƏRH

İsrailə qarşı bir sıra beynəlxalq sanksiyalar razılaşdırılıb

Avropa ölkələrinin İran qarşısında qoyduğu tələblər açıqlanıb

Badara kəndində bu il 115, gələn il isə 128 ev bərpa ediləcək

Məhi Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

"Bakı Kart"a yeni direktor təyin edilib

Lavrov ABŞ-la Ukrayna üzrə danışıqların bəzi təfərrüatlarını açıqlayıb

Rusiya ordusu strateji şəhərə DAXİL OLDU

Prezident “Qarabağ”ı təbrik etdi

QMi sədri Qazaxıstanda gənc dini liderlərə xitab edəcək

Müdafiə Nazirliyi məlumat yaydı

Sabahın hava proqnozu açıqlanıb

Xocalının daha bir kəndinə İLK KÖÇ oldu

Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?

Goranboydakı cinayətin TƏFƏRRÜATI

Qızılağac Milli Parkının ərazisində yanğın olub

Kamçatkada 7,1 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib

Mirzoyan Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb

KİV: İsrail bir müddətdir Qahirədə HAMAS liderlərini öldürməyə cəhd göstərir

Xüsusi nümayəndələr Ermənistan-Türkiyə normallaşma prosesini müzakirə edib

Yeni tədris ilində Bakıda 505 mindən çox şagird təhsil alacaq

Rusiya Azərbaycan və Ermənistandan "3+3" formatında görüş üçün əməli addımlar gözləyir

Bütün xəbərlər