{category-title}

“Lady Sharm”ın ardından daha bir fırıldaqçı şəbəkə hədəfə alındı - “Femina”da TƏFTİŞ!

 

“Lady Sharm” mağazalar şəbəkəsinin rəhbərliyində təmsil olunan şəxslər saxta etiket istifadə etdikləri üçün həbs olunduqdan sonra daha bir neçə məşhur mağazada yoxlamalar başlayıb.

AFN-ə bu barədə məlumat verən mənbə bildirib ki, həmin mağazalardan biri də “Femina” xəz-dəri mağazasıdır: “Bildiyiniz kimi, “Femina” uzun müddətdir bazardadır və kifayət qədər çox sayda müştərisi var. Onun da müştəriləri arasında xeyli tanınmış insanlar var. Məsələ ondadır ki, mağaza olduqca “balanslı siyasət” aparır. Bir balaca təcrübəsi olan, əsl və saxta malı bir-birindən ayırmağı bacaran müştəriyə keyfiyyətli mal satır, məlumatsız insanlara isə Yunanıstan, İtaliya istehsalı adı ilə saxta mal sırıyır. Bu, yeni söhbət deyil. Bir neçə il bundan əvvəl “Lady Sharm”la bağlı baş verənlər “Femina”nın da başına gəlmişdi. Belə ki, mağazanın satdığı malların arasında saxta mal aşkarlanmışdı. Həmin vaxt hansısa yolla bu məlumatın mediada yayılmasının qarşısını ala bildilər”.
Mənbə qeyd edib ki, bir neçə gündür mağazada yoxlamalar aparılır, satışa çıxarılan və anbarda saxlanan malların keyfiyyəti ciddi araşdırılır: “Hətta yoxlamaların hüquq-mühafizə orqanları əməkdaşları ilə birgə keçirildiyi deyilir. Mağazanın rəhbərliyi hələlik ortalarda görünməməyi qərara alıb”.

Mağazanın saytında göstərilən telefona zəng edərək məsələni araşdırmağa çalışdıq. Zəngimizə cavab verən şəxs xəbəri inkar etmədi və “Femina”da yoxlamaların həmişə aparıldığını, lakin mağazanın satdığı mallara zəmanət verdiyini dedi. Həmçinin rəhbərliyin xaricdə olduğunu, buna görə ətraflı açıqlama vermək imkanında olmadıqlarını bildirdi. 

Qeyd edək ki, müvafiq qanunvericiliyə əsasən, hər hansı məhsulun satışı ilə məşğul olan şirkət satdığı malın istehsal məlumatlarını təqdim etməyə borcludur. Bahalı məhsullar isə sertifikatla satılmalıdır. Aldadılan müştərinin ekspertiza tələb etmək hüququnun olduğunu xatırlatmağı da özümüzə borc bilirik. Əgər aldadıldığı sübut olunsa, müştəri şirkətdən həm maddi, həm mənəvi zərər istəyə bilər. 

P.S. Mənbə mağazanın əsl rəhbərliyi haqda da bəzi məlumatlar verib. Müəyyən dəqiqləşmələrdən sonra həmin məlumatları təqdim edəcəyik.
 

Son xəbərlər

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Bütün xəbərlər