{category-title}

“Lady Sharm” indi də fırıldaqçılığın başqa yolunu tapıb - İLGİNC

 Ümidvarıq ki, Mirzə Ələkbər Sabir “Qarğa və tülkü” təmsilindəki “Olmasaydı cəhanda sarsaqlar, yəqin ki, ac qalardı yaltaqlar!” misrasını parafraz etdiyimizə görə bizi bağışlayar. Sadəcə, bu misranın təqdim etdiyimiz variantı indi toxunacağımız mövzuya çox uyğun gəlir.

Məsələ ondadır ki, bu günlərdə Bakıdakı bir neçə “brend” dükana kiçik reyd keçirib, müstəqil jurnalist təhqiqatı aparmışıq və sizi həmin araşdırmanın nəticələri ilə tanış etmək istəyirik.

Yəqin “Lady Sharm” mağazalar şəbəkəsindəki fırıldaqların ifşa olunmasından və adıçəkilən ticarət müəssisəsinin bəzi rəhbər işçilərinin saxlandığından xəbəriniz var. Bütün KİV, telekanallar bu olayı yetərincə işıqlandırıb. O cümlədən, bu günlərdə “Hürriyyət”də “Lady Sharm” istehlakçılara kəf gələn yeganə ticarət müəssisəsi deyil...” sərlövhəli yazımızda da Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla birgə Bakıda “brend mal” adı ilə istehlakçılara ucuz və keyfiyyətsiz mal sırıyan, vətəndaşların hüquqlarını pozan ticarət müəssisələri haqda söhbətimiz dərc olunub.

Vəziyyəti daha yaxşı anlamaq və daha düzgün dəyərləndirmək üçün ötən istirahət günlərindən birində alıcı qismində “Neftçilər” metrosu ətrafındakı bəzi tanınmış dükanlara baş çəkdik.

Qarşılaşdığımız mənzərə bizi əməlli-başlı məyus etdi. Qalmaqallı “Lady Sharm” mağazalar şəbəkəsinin heç nə olmamış kimi öz fəaliyyətini davam etdirməsi, üstəlik əvvəlkitək istehlakşılara “brend mal” adı ilə Çində istehsal edlmiş ucuz və keyfiyyətsiz məhsulları sırıması bizi həm təəccübləndirdi, həm də hiddətləndirdi.

Fırıldaqları ifşa olunmazdan əvvəl “Lady Sharm” mağazalar şəbəkəsində “İtaliya brendi” adı altında Çində süni dəri və xəzdən hazırlanan və dükan sahiblərinə min, iki min manata başa gələn kürklər və gödəkçələr istehlakçılara 10-30 min manata satılırdı. Həmçinin, Çinin tikiş fabriklərində istehsal olunan digər geyim növləri üzərində brend firmalarının saxta etiketləri ilə istehlakçılara baha qiymətə sırınırdı. İndi isə o malların hamısı piştaxtalardan yığışdırılıb. Artıq dükanlara fabriklərdə tikilən mal gətirilmir, bunun əvəzinə alıcılara “brend” adı ilə Çində kustar üsulla hazırlanan keyfiyyətsiz geyim sırınır.

Diqqətimizi guya endirimə düşən kürklər çəkdi(FOTO). Həmin kürklər “Binə” və “Sədərək” bazarlarında ən çoxu 200-300 manata satılır. Burdasa 9500 manata satılan həmin mala endirimdə 2850 manat qiymət qoyulub. Bir sözlə, “Lady Sharm” rəhbərliyi indi də vətəndaşı aldatmağın bu yoluna keçiblər.

“Lady Sharm”dakı cavan satıcılardan birinə yanaşıb, üzərində 95 manat yazılan, amma görkəminə və keyfiyyətinə görə uzağı 7-8 manat dəyəri olan bir qadın köynəyi ilə maraqlandıq. Ondan soruşduq ki, bu köynək belə bahadırsa, yəqin “brend”dir, hə?

Cavan satıcı sualımıza olduqca “orijinal” bir cavab verdi. Dedi ki, sözlərimi öz üzərinizə götürməyin, amma bizim camaatda çoxdan brend xəstəliyi yaranıb. Pullu və səviyyəsiz adamların əksəriyyəti gəlib burda brend mal axtarır. Onlara keyfiyyətli, ucuz mal təklif edirik, razılaşmırlar, brend deyilsə, istəmirik, deyirlər. Biz də məcbur olub, “brend” adı ilə onlara baha qiymətə saxta mal satırıq, sevinə-sevinə alıb gedirlər.

“Lady Sharm”, “LC Waikiki”, “Sarina” dükanlarında apardığımız araşdırmanın nəticələri demək olar ki, eyni oldu. Bilirsiniz ki, dükanlarda, butiklərdə satılan bütün malların üzərində barcod olur. Bundan əlavə, hər bir malın üzərində istehsalçı ölkənin kodu da göstərilir (misalçün, Türkiyənin kodu 8-dir). Adıçəkilən dükanlarda malın öz kodunun üstündən adi ağ kağızda çap olunan başqa bir saxta kod da yapışdırılıb. Telefonumuza yüklədiyimiz xüsusi barcod oxuyan proqram vasitəsi ilə həmin kodların böyük əksəriyyətinin saxta olduğunu müəyyənləşdirdik. Kodların əksəriyyəti ya ümumiyyətlə təsadüfi rəqəmlərdən ibarətdir, ya da tamamilə fərqli, həmin mala heç bir aidiyyatı olmayan məhsulların kodudur.

“LC Waikiki” də təxminən 20 çeşiddə geyim (pencəklər, şalvarlar, teniskalar və s.) üzərində araşdırma apardıq. Bu qədər maldan yalnız bircə pencəyin barcodu saxta çıxmadı, digər malların kodları isə sonradan yapışdırılma saxta kodlar idi.

Məsələ ondadır ki, hansısa brend firmasından 1 ədəd pencək alınır, onun barcodunun çoxlu sayda surəti çıxarılır və satışda olan digər pencəklərin üzərinə vurulur. Müqayisə edəndə görürsən ki, eyni firmanın istehsalı kimi təqdim olunan pencəklər əslində keyfiyyət baxımından tam fərqlidirlər.

Bir maraqlı məqamı da diqqətinizə çatdırmaq istəyirik. Əksər geyimlər üzərindəki barcodları internetdə axtarışa verdiyimiz zaman kodların Çinin hansısa qab-qacaq, yaxud uşaq oyuncağı, hətta kənd təsərrüfatı texnikası istehsal edən firmalarına aid olduğunu aşkarladıq. Misalçün, məşhur GUCCİ firmasının etiketi vurulan idman formasının barcodunu araşdırdığımızda, məlum oldu ki, kod Çinin kənd təsərrüfatı texnikası istehsal edən firmalarından birinə məxsusdur. Bu cür fırıldağa nə ad vermək olar, sizcə?!

Maraqlıdır, əgər hər şey olduğu kimi, hətta daha betər səviyyədə davam edəcəkdisə, o zaman “Lady Sharm” mağazalar şəbəkəsinin sahiblərini “ifşa etmək”, bu məsələ ətrafında belə səs-küy yaratmaq nəyə lazım idi? Görünür, bu işdə kimlərinsə maddi marağı varmış, maraqları təmin edildiyindən bu biabırçılığa yenidən göz yumurlar.

Odur ki, aidiyyati qurumlar tərəfindən istehlakçı hüquqlarının qorunmadığını nəzərə alaraq, hər birinizi müstəqil şəkildə fırıldaqçılardan qorunmağa çağırırıq. Brend mal arxasınca qaçmayın, imkan verməyin ki, işbazlar sizin hesabınıza varlansın, telefonlarınıza barcod oxuyan proqram yükləyib saxtakarları yerindəcə ifşa edin.
Hurriyyet.org
 

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər