{category-title}

"Pulumuz olmadığına görə..." - GİLEY

 

Zərdab rayonu Gödəkqobu kənd sakini Musayeva Samirə Rəşid qızı tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaş yazır:

"Bu şikayət ərizəmdə yazıb Azərbaycanın qeyrətli insanlarına bildirirəm ki, bizim ailə yoxsulluq, aclıq və səfalət içində yaşamağa məhkum edilib.Belə ki, böyüyünün 19, ortancılın 14, kiçiyinin isə 8 yaşı olmaqla himayəməzidə 3 uşağımız var.Həyat yoldaşım Yeni Azərbaycan Partiyasının üzvü Musayev Niyaz İsa oğlu heç bir yerdə işləmir.Baxmayaraq ki, onun peşə diplomu var elektirik mantyorudur.

Həyat yoldaşım Niyaz 10 ilə yaxın Zərdab Elektirik Şəbəkəsində elektirik mantyoru vəzifəsində işləyib.Əmək müqaviləsinin vaxtı bitdiyi üçün bir neçə ildi işsiz qalıb. Zərdab rayon Məşğulluq Mərkəzinə müraciət etsəkdə indiyə qədər işlə təmin olunmayıb".

Daha sonra dia.az-a daxil olan müraciətdə qeyd olunur: "Oğlum Romanın görmə qabiliyyəti zəif olduğu üçün hərbi xidmətə yararsız hesab edilib.Romanın görmə qabiliyyətinin 0.5 % olmasını 16 yaşı olan zaman hərbi həkim komissiyasından müayinədən keçəndə bildik.Müayinə həkimi bildirdi ki, göz damarı anadan gəlmə yatıb bunu siz bilməmisiniz, müalicəsi mümkün deyil. Bundan sonra ona əlillik dərəcəsi təyin edilidi və 2 il əlilliyə görə 80 manat təqaüd aldıq. 2019-cu il tarixdə həqiqi hərbi xidmətə göndərilmək üçün həkim komissiyasından keçən zaman Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzində həkimə verməyə pulumuz olmadı üçün oğlum Romana görmə qabiliyyətini qanunsuz olaraq saxtakarlıqla 0,9 % yazdılar.

Buna görə ona təyin olunmuş əlillik dərəcəsi ləğv edildi.Ancaq əslində isə Romanın görmə qabiliyyəti 2016-cı il tarixdə olduğundanda pis görür. Bundan sonra biz 18 fevral 2019-cu il tarixdə Şəki şəhərində yerləşən xəstəxanada oğlum Romanın gözlərini müayinə etdirdikdə subut olundu ki, onun görmə qabiliyyəti 0,5 % dir.Buda onu tam subut etdiki Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzində həkim oğlum Romanın görmə qabiliyyətini qanunsuz olaraq 0,9 % olmasına dair saxta rəy vermişdir.Bu cinayət əməlidir ki, Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzinin saxtakar həkimi etmişdir".

Narazı vətəndaş müraciətini belə davam edir: "Əkinçilik və maldarlıqla məşğul olmaqda su sarıdan çətinliklər var. Suyun olmamasına görə Gödəkqobu kənd camaatı əziyyət çəkirlər.Bunun səbəbi isə kəndimizdə əkin üçün su qıtlığının olmasıdır.
Hazırda bizim ailə yoxsulluq, aclıq və səfalət içində yaşayır.Elə olur ki, günlərlə yeməyimiz olmur.Borc içində batırıq. Aldığımız borcları qaytara bilmədiyimiz üçün artıq bizə borc vermirlər. Bizim ailənin yaşam tərzini gəlib gözləri ilə görən insan dəhşətə gələr. Ağlamaqdan gözlərimin yaşı quruyub.
Həyat yoldaşımın uzun müddət işsiz qalması, oğlum Romanın əlillik dərəcəsinin qanunsuz olaraq dayandırılması bizim ailəyə qarşı edilən zülm, işgəncə və əzabdır.Bunu erməni vəhşilərdə etməzi ancaq Azərbaycanın quldur vəzifəli şəxsləri etdilər.

Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirəm vəzifə səlahiyyətlərindən sui-istifadə edib rüşvət vermədiyim üçün görmə qabiliyyəti 0.5 % olan oğlum Romana qanunsuz olaraq 0,9 % rəy vermiş həkimin barəsində ciddi tədbirlər görəsiniz, oğlum Romana əlillik dərəcəsinin təyin olunmasına və işsiz həyat yoldaşımın peşəsi üzrə işlə təmin olunmasına yaxından köməklik göstərəsiniz".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(DİA.AZ)

"Pulumuz olmadığına görə..." - GİLEY
"Pulumuz olmadığına görə..." - GİLEY
"Pulumuz olmadığına görə..." - GİLEY
"Pulumuz olmadığına görə..." - GİLEY

Son xəbərlər

Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Əli Əsədov Oljas Bektenovu təbrik edib

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq

Nepalda sel fəlakətində ölənlərin sayı 804-ə çatıb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var

Bütün xəbərlər