{category-title}

Gündəm / Cəmiyyət
25.07.2026, 11:14
Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

Bakının Nərimanov rayonunda yerləşən Təbriz küçəsinin A. Nemətulla küçəsi ilə kəsişməsindən Ə. Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq-yenidənqurma işləri həyata keçiriləcək.
Bununla bağlı elan olunan tendering qalibi "Qrand Dizayn Konstrakşn" MMC-dir.
Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC şirkətə 22 milyon 966 min 964 manat ödəyəcək.