{category-title}

AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir

Bu ilin iyun ayında Azərbaycanın tikinti sektorunda qiymətlər 2025-ci ilin dekabrı ilə müqayisədə 6,7 %, may ayına nisbətən isə cəmi 0,1 % artıb.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasınıdan (AQP) bildirilib.

"Tikinti indeksinə əsasən, ölkədə inşaat sektorunda qiymət sabitliyi davam edib. Aylıq dinamikanın minimal səviyyədə olması tikinti bazarında qiymətlərin tarazlaşdığını və kəskin dəyişikliklərin müşahidə edilmədiyini təsdiqləyir", - məlumatda deyilir.

Hesabata görə, iyun ayında əsas tikinti materiallarının qiymətləri əvvəlki ayla müqayisədə əsasən dəyişməyib. Sement, beton, armatur, ağac materialları və dam örtükləri üzrə qiymətlər sabit qalıb. AQP hesab edir ki, tikinti xərclərinin formalaşmasına təsir göstərən əsas məhsul qruplarından olan metal məmulatlarında da yeni qiymət artımları qeydə alınmayıb.

"Tikinti mövsümünün aktivləşməsi fonunda əmək bazarında qismən canlanma müşahidə olunub. Tamet, üzlük və döşəmə işləri üzrə xidmət haqları yüksəlib. Ən yüksək artım tamet işlərində qeydə alınıb və bu sahədə qiymətlər may ayı ilə müqayisədə təxminən 12,5 % artıb. Digər tikinti ixtisasları üzrə əməkhaqları isə ümumilikdə sabit qalıb", - məlumatda qeyd olunur.

AQP bildirir ki, iyun ayında ekskavator, avtokran, beton nasosu və digər tikinti texnikasının icarə qiymətlərində də ciddi dəyişiklik baş verməyib. Yanacaq və servis xərclərinin sabit qalması texnika bazarında qiymətlərin qorunmasına şərait yaradıb.

Palatanın təhlilinə əsasən, tikinti materialları və texnika üzrə xərclərin dəyişməməsi yeni tikili layihələrinin ümumi maya dəyərinə ciddi təsir göstərməyib: "Əmək bazarında müşahidə olunan mövsümi bahalaşma isə ümumi tikinti xərclərində məhdud paya malik olub. Bu, tikinti şirkətlərinin layihələrin maliyyə planlaşdırılmasını daha dəqiq həyata keçirməsinə imkan verir və daşınmaz əmlak bazarında qiymətlərə əlavə təzyiq formalaşdırmır".

AQP qeyd edir ki, daxili bazarda qiymət sabitliyi qorunsa da, idxaldan asılı tikinti materialları beynəlxalq bazarlardakı dəyişikliklərə həssas olaraq qalır: "Metal məhsulları, logistika xidmətləri, enerji daşıyıcıları və valyuta məzənnələrində baş verə biləcək dəyişikliklər növbəti aylarda tikinti xərclərinə təsir göstərə biləcək əsas amillər hesab olunur".

Palatanın qiymətləndirməsinə görə, hazırda tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir. Tələb və təklif arasında tarazlıq qorunur, əsas tikinti materiallarının qiymətlərində kəskin dəyişiklik müşahidə edilmir və yeni layihələrin maya dəyəri sabit inkişaf trayektoriyasını saxlayır.

AQP-nin proqnozuna əsasən, mövcud iqtisadi şərait dəyişmədiyi təqdirdə, 2026-cı ilin üçüncü rübündə də tikinti sektorunda qiymətlər ümumilikdə sabit qalacaq, yalnız idxaldan asılı bəzi məhsul qruplarında məhdud qiymət dəyişiklikləri mümkündür.

Azərbaycan Qiymətləndiricilər Palatası tikinti bazarının monitorinqini davam etdirəcəyini və aylıq tikinti indeksi vasitəsilə sektorda qiymət dinamikası, maya dəyəri və bazar tendensiyaları barədə ictimaiyyəti, dövlət qurumlarını, maliyyə institutlarını və bazar iştirakçılarını mütəmadi məlumatlandıracağını bildirib.

Son xəbərlər

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bütün xəbərlər