{category-title}

Gündəm / Cəmiyyət
23.07.2026, 14:59
Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Sabah Biləsuvar rayonunun 7 kəndinin qaz təchizatında fasilə olacaq.
İyulun 24-də saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar rayonun Əsgərəbad, Aşağı Cürəli, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.